“2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın təşkili ilə bağlı təqvim planı təsdiqlənib”.
“Tehsil365” xəbər verir ki, təqvim planı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sənədlə əlaqədar regional təhsil idarələri, rayon və şəhər üzrə təhsil qurumları, eləcə də ümumtəhsil müəssisələri müvafiq işləri müəyyən edilmiş qrafikə uyğun həyata keçirməlidirlər.
Plana əsasən, cari tədris ili ərzində şagirdlərin fərdi məlumatlarının və təhsillə bağlı göstəricilərinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə vaxtında daxil edilməsi təmin olunmalıdır.

