Oktyabrın 17-də Elm şöbəsinin təşkilatçılığı və Birmingham Universitetinin doktorantı Ülviyyə Xəlilovanın təqdimatı ilə "Keyfiyyət tədqiqat metodları: müsahibə" mövzusunda onlayn təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Təlimdə magistratura təhsil pilləsinin tələbələri və doktorantlar iştirak ediblər. İştirakçılara keyfiyyət tədqiqatının əsas növləri tanıdılıb: müsahibə, müzakirə qrupu, müşahidə, sorğu və ikinci dərəcəli məlumatlar.
Təlimdə əsas diqqət müsahibə metoduna yönəlib. İştirakçılara müsahibənin aparılması üçün 8 addımlıq təlimat təqdim edilib.
Spiker həmçinin audio və video yazıların yazılı mətnə çevrilməsi, mətnin kodlaşdırılması, temaların mətn və kodlarla müqayisə edilərək qiymətləndirilməsindən bəhs edib.
Təlimin prezentasiyası ilə kitabxananın DSpace rəqəmsal arxivində tanış olmaq olar.
Seminarın sonunda iştirakçılar maraqlandıqları suallarla spikere müraciət ediblər.

