Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat üzrə mühəndisi Elnur Cəbrayılzadə öz təcrübəsini tələbələrlə bölüşüb.
“Tehsil365” xəbər verir ki, O, tələbələrlə görüşdə hidrotəmizləmə qurğusunun fəaliyyəti və bu sahədə qazandığı praktiki təcrübə barədə məlumat verib, mövzü ilə bağlı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
İnteraktiv müzakirə şəraitində keçən görüş tələbələrə hidrotəmizləmə qurğusunda həyata keçirilən proseslərlə bağlı praktiki təcrübədən məlumat əldə etmək, nəzəri biliklərin istehsalat şəraitində tətbiqini daha yaxından anlamaq imkanı yaradıb.

