Hakaton çərçivəsində iştirakçılar AYNA tərəfindən təqdim olunan məlumatlar əsasında nəqliyyat sektorundakı problemlərə innovativ həllər hazırlayıblar, prototiplərini formalaşdıraraq münsiflər heyətinə təqdim ediblər.
“Tehsil365” xəbər verir ki, UNEC komandasının hazırladığı prototip münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb.
Komandamızın üzvləri Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının tələbələri İlkin İsmayılov, Məhəmməd Nəzərli, Aydın Əliyev və SABAH qrupunun “Menecment” ixtisası üzrə tələbəsi Atabəy Əsgərovdur.

