Təhsil 365 - Logo Mobile

ADPU professoru Özbəkistanda səfərdə olub

2419.10.2026 - 18:55
ADPU professoru Özbəkistanda səfərdə olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru professor Yusif Alıyev Özbəkistanda işgüzar səfərdədir.

“Tehsil365” xəbər verir ki, Səfər çərçivəsində professor Yusif Alıyev Asiya Texnologiyalar Universitetində professor-müəllim heyəti və magistrantlar üçün “Materialşünaslıq üzrə tədqiqat məqaləsinin yazılma metodologiyası” mövzusunda akademik seminar keçirib. Seminarda elmi tədqiqatın planlaşdırılması, tədqiqat sualının müəyyənləşdirilməsi, elmi yeniliyin əsaslandırılması, eksperimentlərin təşkili və nəticələrin akademik məqalədə təqdim olunması məsələləri diqqətə çatdırılıb. Materialşünaslıq sahəsindən nümunələr əsasında tədqiqat nəticələrinin düzgün təhlili, ölçmə məlumatlarının etibarlılığının qiymətləndirilməsi və elmi məqalələrin hazırlanması prinsipləri izah edilib. Professor Yusif Alıyev elmi məqalənin keyfiyyətinin yalnız aparılan ölçmələrin sayı ilə deyil, əldə olunan nəticələrin tədqiqat sualına əsaslandırılmış cavab verməsi və elmi yeniliyin aydın şəkildə təqdim olunması ilə müəyyənləşdiyini vurğulayıb. O, həmçinin elmi ədəbiyyatın təhlili, hipotezlərin yoxlanılması, eksperimental nəticələrin şərhi və tədqiqatın məhdudiyyətlərinin düzgün göstərilməsinin əhəmiyyətindən danışıb. Təqdimat zamanı materialların struktur və xassələrinin öyrənilməsində istifadə olunan müasir tədqiqat üsulları, elmi nəticələrin şəkil və cədvəllərlə təqdim edilməsi, eləcə də tədqiqatın təkrarlana bilməsini təmin edən məlumatların məqalədə əks olunması məsələlərinə toxunulub. İştirakçılarla elmi məqalələrin hazırlanması və beynəlxalq elmi jurnalların tələblərinə uyğunlaşdırılması barədə fikir mübadiləsi aparılıb. Seminar sual-cavab və müzakirələrlə davam edib.

Oktyabrın 15-də professor Yusif Alıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqogika Universitetində də olub. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, doktor Dilnoza Holmurodova ilə keçirilən görüşdə ali təhsil müəssisələri arasında elmi-pedaqoji əlaqələrin inkişafı, birgə tədqiqatların aparılması, elmi konfrans və seminarların təşkili, professor-müəllim heyəti və tələbələr üçün akademik mübadilə imkanları müzakirə edilib.

Görüşdə ADPU-nun Quba filialı ilə Özbəkistan Milli Pedaqogika Universiteti arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Professor Yusif Alıyev Quba filialının birgə elmi və təhsil təşəbbüslərinin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, universitetin professoru Erkin Nuriddinov, ADPU-nun Quba filialının tədris və elmi işlər üzrə direktor müavini p.ü.f.d. Pərvanə Rzayeva və Ümumi fənlər və təbiət elmləri kafedrasının müdiri p.ü.f.d. Lətifə Cəlilova iştirak ediblər.

İşgüzar səfər Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi, akademik təcrübə mübadiləsinin inkişafı və yeni birgə təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Fidan Abışova

Xəbər Lenti

Nəsimi Ankarada yad edildi19.10.2026 - 19:30
Sosial şəbəkələrdə dəriyə qulluq trendləri: Dermatoloqdan xəbərdarlıq19.10.2026 - 19:18
Kinoda çəkiliş qadağandır19.10.2026 - 19:10
ADPU-da nümunəvi dərs keçirildi19.10.2026 - 18:50
Plastikə ikinci həyat verildi19.10.2026 - 18:50
UNEC komandası birinci oldu19.10.2026 - 18:45
UNEC Məzununun uğuru19.10.2026 - 18:40
UNEC-də Zəfər həftəsi baş tutdu19.10.2026 - 18:35
ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58
Azərkosmosun mühəndisləri yeni cihaz hazırlayıblar19.10.2026 - 17:53
Coğrafiyaçı-alimdən xəbərdarlıq: Dəyişkən hava şəraitində təbii hadisələr baş verə bilər19.10.2026 - 17:46
BMU tələbəsi Çində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib19.10.2026 - 17:46
Musa Yaqubun “Gül bağçası” kitabı təqdim ediləcək19.10.2026 - 17:41
ADPU-nun Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir19.10.2026 - 17:38
Qiyabi təhsil yığışdırılacaq?— Deputat Açıqladı19.10.2026 - 17:36
UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyinin Baş katibi Elman Abdullayev BDU -da olub19.10.2026 - 17:31
Orhun Mübadilə Proqramı çərçivəsində Kokand Universitetinin nümayəndəsi LDU-da olub19.10.2026 - 17:26
“Xəzər”in əməkdaşı Birləşmiş Krallıqda keçirilən tədbirlərdə19.10.2026 - 17:22
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib19.10.2026 - 17:22
"Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib19.10.2026 - 17:18
Qərbi Kaspi Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub19.10.2026 - 17:17
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.19.10.2026 - 17:10
Bakıda inklüziv təhsil imkanlarını genişləndirəcək yeni mərkəz yaradılıb19.10.2026 - 17:00
Bakıda İKT üzrə beynəlxalq konfrans keçirilib19.10.2026 - 16:45
AzTU Özbəkistanın 7 universiteti ilə əməkdaşlıq sənədləri imzalayıb19.10.2026 - 16:31
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlıq sazişləri imzalayıb19.10.2026 - 16:11
Azərbaycanlı məktəblilər xalça ustalarına dəstək üçün “ağıllı” əlcək hazırlayıblar19.10.2026 - 15:13
Tanınmış aktyorun 50 illik yubileyi səhnədə qeyd olunub19.10.2026 - 15:07
“İçərişəhərdə “Timepavilion – Bakı 1919” immersiv muzeyi açılıb19.10.2026 - 15:02
Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri19.10.2026 - 15:00
Rüfət Mahmud: İçərişəhər sakinləri üçün muzeylərə ödənişsiz giriş günləri planlaşdırılır19.10.2026 - 14:57
Vahid İbrahimov: “Timepavilion” Azərbaycanın ilk immersiv muzeyidir19.10.2026 - 14:53
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edilib19.10.2026 - 14:51
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq19.10.2026 - 14:49
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib19.10.2026 - 14:47
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq19.10.2026 - 14:44
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib19.10.2026 - 14:36
Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub19.10.2026 - 14:30