Milli Süni İntellekt Mərkəzinin təşkil etdiyi "AI Academy"nin ilk məzun mərasimi keçirilib.
“Tehsil365”"Report"-a istinadən xeber verir ki, mərasimdə Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi nümayəndələri, deputatlar və digər dəvətlilər iştirak ediblər.
Tədbirdə söz alan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində reallaşdırılan layihələr haqqında danışıb.
O, innovativ texnologiyaların tətbiqinin və rəqəmsal transformasiya prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə Azərbaycanda aparılan kadr hazırlığı prosesinə diqqət yönəldib.
Nazir müavini gənc mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində ətraflı məlumat verib.
Çıxışlardan sonra məzunların təltifləndirmə mərasimi başlayıb.
Xatırladaq ki, "AI Academy" AZCON Holding şirkətlər qrupuna daxil olan Milli Süni İntellekt Mərkəzi tərəfindən yaradılmış tədris platformasıdır.
Akademiya tətbiqi riyaziyyatın əsaslarından başlayaraq süni intellektin dərin qatlarına qədər geniş mövzuları əhatə edən proqramlar təqdim edir.
Burada süni intellekt mühəndisi olmaq üçün zəruri olan bütün biliklər sıfırdan və tam təqaüdlü formada tədris olunur

