Təhsil 365 - Logo Mobile

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb

7520.10.2026 - 11:20
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb

"SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.

“Tehsil365”"Report" -a istinadən xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib.

"SkillBridge" layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir.

Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023–2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər.

Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, "SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, "Birgə və Sağlam" İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.

Fatimə Hümbətova

Xəbər Lenti

Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat turniri keçiriləcək20.10.2026 - 13:59
AzMİU tələbələri “Replit Hackathon 2” müsabiqəsində birinci olub20.10.2026 - 13:58
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu20.10.2026 - 13:55
Dünyada vaxtın hesablanması dəyişir: YENİ QAYDA20.10.2026 - 13:53
Məktəblimiz UNESCO-nun beynəlxalq müsabiqəsində uğur qazanıb 20.10.2026 - 13:52
Zəngilanın təhsil mənzərəsi: Şagird və müəllimlərin SAYI20.10.2026 - 13:48
Qadınların payının artdığı ixtisaslar20.10.2026 - 13:45
Metodistlərlə onlayn görüş keçirilib20.10.2026 - 13:43
Bəzi ərazilərdə qar yağacaq20.10.2026 - 13:42
Şagirdlər arasında dava: Biri xəstəxanalıq oldu 20.10.2026 - 13:39
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib20.10.2026 - 13:38
"Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb20.10.2026 - 13:35
Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb20.10.2026 - 13:34
"Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib20.10.2026 - 13:32
Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib20.10.2026 - 13:30
"Elektronika ustası" ixtisasının tanınması üzrə sənəd qəbulu başlayır20.10.2026 - 13:26
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır20.10.2026 - 13:25
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək20.10.2026 - 13:20
Misirdə II Ramzesin nəhəng heykəllərinin qalıqları aşkar edilib20.10.2026 - 12:55
Prezident təqaüdçülərinə görə lider UNİVERSİTETLƏR20.10.2026 - 12:39
İsa Həbibbəyli: Azərbaycanda seysmologiya sahəsində tədqiqatçı qıtlığı var20.10.2026 - 11:38
Qurban Yetirmişli: Yapon mütəxəssislərlə birgə Bakının seysmik qiymətləndirilməsi fevralda başa çatdırılacaq20.10.2026 - 11:31
Azərbaycanda ali təhsil imkanları Qazaxıstanda təqdim olunub20.10.2026 - 11:28
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib20.10.2026 - 11:16
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 11:12
Milli Süni İntellekt Mərkəzinin "AI Academy" proqramının ilk buraxılışı baş tutub20.10.2026 - 11:10
Boran Əziz: “Gənclər arasında Səfəvilərdən qadın siyasətinə qədər müxtəlif tarixi mövzulara maraq var”20.10.2026 - 06:42
Səbinə Bayramova: “Unutmayaq ki, aqressiv davranış göstərən şagirdin dəstəyə ehtiyacı olduğu kimi, sinifdəki digər uşaqların da təhlükəsizliyi qorunmalıdır”19.10.2026 - 19:59
Nəsimi Ankarada yad edildi19.10.2026 - 19:30
Sosial şəbəkələrdə dəriyə qulluq trendləri: Dermatoloqdan xəbərdarlıq19.10.2026 - 19:18
Kinoda çəkiliş qadağandır19.10.2026 - 19:10
ADPU professoru Özbəkistanda səfərdə olub19.10.2026 - 18:55
ADPU-da nümunəvi dərs keçirildi19.10.2026 - 18:50
Plastikə ikinci həyat verildi19.10.2026 - 18:50
UNEC komandası birinci oldu19.10.2026 - 18:45
UNEC Məzununun uğuru19.10.2026 - 18:40
UNEC-də Zəfər həftəsi baş tutdu19.10.2026 - 18:35
ADNSU sərgiyə qatıldı19.10.2026 - 18:30
Məzunlar təcrübələrini bölüşdülər19.10.2026 - 18:27
ADNSU tələbələrinin Qazaxıstanda görüşü baş tutdu19.10.2026 - 18:25
Onlayn təlim keçirildi19.10.2026 - 18:20
Tələbələr laboratoriyada oldular19.10.2026 - 18:15
Adu-da tədbir baş tutdu19.10.2026 - 18:10
Fakültə peşəkar diplomatlar hazırlayır19.10.2026 - 18:05
Emin Əmrullayev: Qızlar oğlanları riyaziyyatda üstələyib19.10.2026 - 18:00
Azərbaycanın təbiət turizmi beynəlxalq sənədli filmdə nümayiş etdirilib19.10.2026 - 18:00
Ümumi təhsil müddəti 10 ilə endirilsin təklifi səsləndirilir19.10.2026 - 17:58