Qərbi Kaspi Universitetində beynəlxalq elmi seminar keçirilib.Universitetdə " Beynəlxaq Payız Mühazirələri" çərçivəsində keçirilən seminarda Böyük Britaniyanın Kembric şəhərində MRC Molekulyar Biologiya Laboratoriyasının Proqram rəhbəri Prof. Qərib Müşüdovun “Bayes statistikası: Struktur biologiyaya tətbiqi” mövzu ilə çıxış edib.
“Tehsil365” xəbər verir ki, seminar Bayes statistikasının əsas prinsipləri, qeyri müəyyənlik şəraitində elmi nəticələrin qiymətləndirilməsi və bu yanaşmanın struktur biologiya tədqiqatlarında tətbiq imkanları müzakirə olunub.
Bununla yanaşı, Bayes metodlarının mürəkkəb bioloji sistemlərin təhlilində, eksperimental məlumatların interpretasiyasında və elmi fərziyyələrin yoxlanılmasında rolu diqqətə
çatdırılıb. İştirakçılar bu yanaşmanın struktur biologiya sahəsində tədqiqatların dəqiqliyinin artırılması və etibarlı elmi nəticələrin əldə olunması baxımından əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

