“Azərbaycanda oktyabrın 20-dən noyabrın 20-dək Uşaq Hüquqları Aylığı keçiriləcək”.
“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məlumatında bildirilib.
Aylığın əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərə diqqəti artırmaq və cəmiyyətdə maarifləndirməni gücləndirməkdir.
Ombudsman Səbinə Əliyeva dövlət qurumlarını, yerli özünüidarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan digər təşkilatları təşəbbüsə qoşulmağa çağırıb.
Aylıq çərçivəsində uşaqların iştirakı ilə müxtəlif tədbirlərin təşkili və onların hüquqları barədə məlumatlılığın artırılması nəzərdə tutulur.

