Azərbaycan nümayəndə heyəti Cənubi Koreyanın Busan şəhərində keçirilən Asiya Məzmun və Film Bazarında (ACFM) iştirak edərək beynəlxalq kino sənayesinin aparıcı nümayəndələri ilə bir sıra görüşlər keçirib.
“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan nümayəndələri Cənubi Koreya, Çin, Yaponiya, Kanada, Fransa və digər ölkələrdən olan prodüserlər, distribütorlar və kino sənayesinin təmsilçiləri ilə görüşüblər. Görüşlər zamanı film layihələrinin inkişafı, ortaq audiovizual istehsal imkanları, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Azərbaycan kino sənayesinin xarici bazarlarda tanıdılması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfərin əsas məqsədi yeni tərəfdaşlıq əlaqələrinin qurulması, beynəlxalq kino sənayesinin qabaqcıl təcrübəsinin öyrənilməsi, peşəkar əlaqələrin genişləndirilməsi, yeni ideyaların müzakirəsi və gələcək birgə layihələr üçün əlverişli zəminin yaradılması olub.
Azərbaycanın təşkilatçılığı ilə Yaponiya istehsalı olan “V25” (2025) “Filmlab” şirkətinin direktoru İsa Məmmədzadə, prodüser Fuad Məmmədzadə və 2026-cı ildə “Tanrının Zirehi 4: Utimatum” filminin çəkilişlərini həyata keçirib. Səfərin rəsmi mediası “NARGIS” jurnalı olub.

