Təhsil 365 - Logo Mobile

“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

8220.10.2026 - 17:40
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

AMEA Folklor İnstitutunun toplantısında Qərbi Azərbaycan folklorunun toplanması, tərtibi və nəşri istiqamətində elmi fəaliyyətin davamı olaraq “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi işıq üzü görüb.

“Tehsil365” xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 370 səhifəlik kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib. Nəşrin layihə rəhbəri filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, toplayıb tərtib edənlər və ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov və filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Nəşrdə 1948–1953-cü illərdə və 1988-ci ildə baş vermiş deportasiyalardan sonra Göyçay və İsmayıllı rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılardan toplanan folklor nümunələri və etnoqrafik məlumatlar yer alıb. Kitabın əsas məqsədi Qərbi Azərbaycan əhalisinin tarixi yaddaşını, şifahi ənənələrini, dil xüsusiyyətlərini və məişət mədəniyyətini əks etdirən materialları sistemləşdirərək elmi dövriyyəyə daxil etməkdir.

Kitabın Ön sözündə Qərbi Azərbaycan folkloru xalqın tarixi təcrübəsini, etnopsixoloji xüsusiyyətlərini, dünyagörüşünü, adət-ənənələrini, inanclarını və gündəlik həyatını əks etdirən mühüm mənbə kimi səciyyələndirilir. Burada deportasiya nəticəsində doğma yurdlarından ayrılmış ailələrin xatirələrinə, köçürülmə prosesinin yaratdığı çətinliklərə, yeni yaşayış məskənlərində qarşılaşdıqları problemlərə və onların həyat təcrübəsinə xüsusi diqqət yetirilir. Şifahi xatirələr və nəsildən-nəslə ötürülən məlumatlar vasitəsilə ayrı-ayrı insanların taleyi ilə xalqın kollektiv yaddaşı arasında əlaqə üzə çıxarılır.

Nəşrin məzmunu folklor janrlarının geniş spektrini əhatə edir. Kitabda əfsanə və rəvayətlər, nağıllar, alqışlar, qarğışlar, andlar, atalar sözləri, məsəllər, deyimlər, öyüdlər, inanclar, tapmacalar, nazlamalar, uşaq düzgüləri, şəbədələr və lətifələr təqdim olunur. Bununla yanaşı, Göyçə mahalının xalq təbabəti, etnoqrafik bilgilər və inanclar, xatirələr və təəssüratlar, payız söyləmələri, Göyçə bayatıları, eləcə də müxtəlif hadisə və əhvalatlarla bağlı folklor materialları kitabın əhatə dairəsini genişləndirir.

Nəşrdə Qərbi Azərbaycan aşıq sənəti və el şairlərinin yaradıcılığı da mühüm yer tutur. Bu nümunələrdə fərdi yaradıcılıqla kollektiv folklor ənənəsinin qarşılıqlı əlaqəsi, yurd həsrətinin bədii ifadəsi və aşıq-poetik irsin yaşadılması diqqəti cəlb edir.

Kitabın ayrıca bölmələrindən biri Qərbi Azərbaycan mətbəxinə həsr olunub. “Milli mətbəx” bölməsində Göyçə, Dərələyəz, Zəngibasar və İrəvan mətbəxlərinə aid yeməklər, onların hazırlanma xüsusiyyətləri, eləcə də məişətdə istifadə olunan alət və məmulatlar haqqında məlumat verilir. Əvəlikli yeməklər, Göyçə kətəsi, xəşil, qaşıq xəngəli, qovurma, şilə, qeysəfə və digər nümunələr bölgənin kulinariya ənənələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu materiallar milli mətbəxin yalnız qidalanma praktikası olmadığını, eyni zamanda məişət təcrübəsini, yerli bilikləri və mədəni irsin nəsillər arasında ötürülməsini əks etdirdiyini göstərir.

Nəşrin elmi əhəmiyyətini artıran cəhətlərdən biri də folklor mətnlərinin toplanması və təqdimatı zamanı mənbə məlumatlarının göstərilməsinə diqqət yetirilməsidir. Mətnlərin sonunda verilən kodlar söyləyicilər və toplayıcılar haqqında məlumatlarla əlaqələndirilir. Bölgəyə məxsus söz və ifadələrin izahı üçün dialektoloji sözlük, mətnlərdə rəqəmlərlə işarələnmiş anlayışların açıqlanması üçün isə ayrıca “Aydınlatmalar” bölməsi hazırlanıb. Kitabın sonunda söyləyicilər və toplayıcılar haqqında məlumatların, eləcə də fotoşəkillərin verilməsi materialların sənədləşdirilməsi baxımından əhəmiyyətlidir.

"Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi folklorşünaslıq, etnoqrafiya, dialektologiya, aşıq yaradıcılığı və milli mətbəx tarixi üzrə araşdırmalar üçün əhəmiyyətli mənbədir. Nəşr Qərbi Azərbaycan folklorunun janr zənginliyini, regional xüsusiyyətlərini və tarixi yaddaşla əlaqəsini üzə çıxarmaqla yanaşı, şifahi mədəni irsin toplanması, qorunması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm elmi və mədəni əhəmiyyət daşıyır.

Ayətil Quliyeva

Xəbər Lenti

Planetin vəhşi ürəyi sərgisi baş tutacağ20.10.2026 - 19:40
NDU-da IELTS kitabı təqdim olunub20.10.2026 - 18:50
NDU-da ədliyyə nazir müavini görüş keçirib20.10.2026 - 18:45
NDU Çindən ikili diplom imzaladı20.10.2026 - 18:40
ADNSU Özbəkistanla ikili diplom imzaladı20.10.2026 - 18:35
ADNSU Qazaxıstan universiteti ilə görüşdü20.10.2026 - 18:35
ADU-da Səfirlər qonağ olub20.10.2026 - 18:30
ADU-da Kolumbiya səfiri qonaq oldu20.10.2026 - 18:25
ADU müəllimi Özbəkistanda Səfərdə olub20.10.2026 - 18:22
Payızda sağlam tərəvəzlər hansılardır?20.10.2026 - 18:20
ADU-da inklüziv görüş baş tutdu20.10.2026 - 18:15
UNEC-ə qəbul olunan əcnəbi tələbələrin sayı artıb20.10.2026 - 18:12
UNEC-də əcnəbi artımı20.10.2026 - 18:10
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda su və enerji sahələrinə investisiya imkanlarını araşdırır20.10.2026 - 18:01
Naxçıvan MR təhsil nazirliyi təşkilatçılığı ilə şahmat turniri keçiriləcək20.10.2026 - 18:00
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb20.10.2026 - 17:52
Yapon mütəxəssislər Bakını seysmik qiymətləndirəcək20.10.2026 - 17:51
Azərbaycan və Almaniya elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib20.10.2026 - 17:46
Azərbaycanın ali təhsil imkanları Almatıda IEF 2026 sərgisində təqdim olunub20.10.2026 - 17:46
UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub20.10.2026 - 17:46
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar üzrə əməkdaşlıq imkanları müzakirə olunub20.10.2026 - 17:38
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunacaq20.10.2026 - 17:35
Bakıda Azərbaycan - Türkiyə dostluq konserti təşkil olundu20.10.2026 - 17:33
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 17:29
Azərbaycan Asiya Məzmun və Film Bazarında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib20.10.2026 - 17:24
XİN xəbərdarlıq etdi20.10.2026 - 17:24
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər açıqlanıb20.10.2026 - 17:22
TƏBİB Səhiyyə Nazirliyinə tabe edilib20.10.2026 - 17:21
Azərbaycan "London Snow Show" beynəlxalq turizm tədbirinə qoşulub20.10.2026 - 17:17
Azərbaycanda Uşaq Hüquqları Aylığı elan edilib20.10.2026 - 17:13
Qərbi Kaspi Universitetində Bayes statistikası: Struktur biologiyaya tətbiqi” mövzulu seminar keçirilib20.10.2026 - 17:10
“Şahdəniz” layihəsində dənizdə tikinti işlərinə başlanılıb20.10.2026 - 17:00
Qarabağda 88 min hektardan çox ərazidə Milli Park yaradılıb20.10.2026 - 16:47
Bakıda binaların seysmik qiymətləndirilməsi fevralda yekunlaşacaq20.10.2026 - 16:42
Bakıda uşaqlar üçün yeni təhsil proqramına start verilib20.10.2026 - 16:20
Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək20.10.2026 - 15:14
Sultan Raev: Süni intellektin inkişafı türk xalqlarının tarixi yaddaşının qorunması ilə müşayiət olunmalıdır20.10.2026 - 14:56
Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırılıb20.10.2026 - 14:54
İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək20.10.2026 - 14:52
Gülnarə Xəlilovanın milli kolleksiyası “Bursa Fashion Week”də təqdim olunub20.10.2026 - 14:49
Azərbaycanın nümayəndə heyəti ACFM-də uğurla təmsil olunub20.10.2026 - 14:47
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub20.10.2026 - 14:45
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb20.10.2026 - 14:41
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub20.10.2026 - 14:39
İtaliyada məktəblilərə narkotik maddələri aşkar edən qolbaqlar verilir20.10.2026 - 14:37
Zəngilanın azad olunmasından 6 il ötür20.10.2026 - 14:35
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib20.10.2026 - 14:32