Təhsil 365 - Logo Mobile

UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

5020.10.2026 - 17:46
UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

Fransa-Azərbaycan Universitetinin (UFAZ) Su ehtiyatları və idarəetməsi proqramının koordinatoru Elnur Səfərovun həmmüəllifi olduğu “Sahil ərazilərində plastik tullantıların yayılmasının xəritələşdirilməsi üçün pilotsuz uçuş aparatları, dərin öyrənmə və məkan təhlili” adlı elmi məqalə Geocarto International beynəlxalq elmi jurnalında dərc olunub.

“Tehsil365” xəbər verir ki, bu haqda Fransa-Azərbaycan Universiteti öz rəsmi saytında paylaşım edib.

Taylor & Francis nəşriyyatı tərəfindən yayımlanan Geocarto International jurnalı Scopus bazasında indeksləşən Q1 kateqoriyalı elmi nəşrdir. Jurnal coğrafiya, planlaşdırma və inkişaf sahəsi üzrə 95-ci persentildə qərarlaşaraq ən yüksək göstəricilərə malik nəşrlərin ilk 5 faizi sırasına daxildir. Jurnalın CiteScore göstəricisi 10,8, impakt faktoru isə 3,9-dur.

Tədqiqat Xəzər dənizinin Neftçala sahilboyu ərazisində plastik tullantıların yayılmasının xəritələşdirilməsinə həsr olunub. Araşdırmada pilotsuz uçuş aparatları (PUA) vasitəsilə əldə edilmiş yüksək ayırdetmə qabiliyyətli təsvirlər, YOLOv4 dərin öyrənmə modeli, GPS əsaslı sahə müşahidələri və coğrafi informasiya sistemləri (CİS) vasitəsilə aparılan məkan təhlili birləşdirilib.

Tədqiqat çərçivəsində təxminən 0,385 km² ərazidə 7 192 plastik tullantı vahidi müəyyən edilib. Təhlil tullantıların ərazi üzrə qeyri-bərabər paylandığını və müəyyən sahələrdə cəmləşdiyini üzə çıxarıb. Sahil xəttinə paralel yerləşən üç əsas tullantı toplanma zonası müəyyən edilib. Həmin ərazilərdə tullantıların sıxlığı hər kvadratkilometrə 60 000 vahiddən çox olub.

Araşdırmanın nəticələri tullantıların paylanması ilə sahil xəttinə yaxınlıq, sahilyanı relyef xüsusiyyətləri və qamış bitkilərinin üstünlük təşkil etdiyi ərazilər arasında məkan əlaqələrinin olduğunu da göstərib. Xüsusilə, Xəzər dənizinin səviyyəsinin davam edən azalması nəticəsində üzə çıxan qurumuş qamış zolaqlarının plastik tullantıların toplanmasında rol oynaya biləcəyi müəyyən edilib.

Tədqiqat göstərir ki, pilotsuz uçuş aparatları vasitəsilə məsafədən zondlama, süni intellekt, sahə müşahidələri və coğrafi informasiya sistemlərinə əsaslanan məkan təhlilinin birgə tətbiqi sahilyanı ərazilərdə plastik çirklənmənin daha dəqiq qiymətləndirilməsinə imkan verir. Təklif olunan yanaşma tullantıların təmizlənməsi üçün prioritet ərazilərin müəyyənləşdirilməsi, məqsədyönlü təmizləmə tədbirlərinin həyata keçirilməsi və sahilboyu çirklənmənin zamanla dəyişməsinin monitorinqi baxımından praktik əhəmiyyət daşıyır.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Planetin vəhşi ürəyi sərgisi baş tutacağ20.10.2026 - 19:40
NDU-da IELTS kitabı təqdim olunub20.10.2026 - 18:50
NDU-da ədliyyə nazir müavini görüş keçirib20.10.2026 - 18:45
NDU Çindən ikili diplom imzaladı20.10.2026 - 18:40
ADNSU Özbəkistanla ikili diplom imzaladı20.10.2026 - 18:35
ADNSU Qazaxıstan universiteti ilə görüşdü20.10.2026 - 18:35
ADU-da Səfirlər qonağ olub20.10.2026 - 18:30
ADU-da Kolumbiya səfiri qonaq oldu20.10.2026 - 18:25
ADU müəllimi Özbəkistanda Səfərdə olub20.10.2026 - 18:22
Payızda sağlam tərəvəzlər hansılardır?20.10.2026 - 18:20
ADU-da inklüziv görüş baş tutdu20.10.2026 - 18:15
UNEC-ə qəbul olunan əcnəbi tələbələrin sayı artıb20.10.2026 - 18:12
UNEC-də əcnəbi artımı20.10.2026 - 18:10
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda su və enerji sahələrinə investisiya imkanlarını araşdırır20.10.2026 - 18:01
Naxçıvan MR təhsil nazirliyi təşkilatçılığı ilə şahmat turniri keçiriləcək20.10.2026 - 18:00
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb20.10.2026 - 17:52
Yapon mütəxəssislər Bakını seysmik qiymətləndirəcək20.10.2026 - 17:51
Azərbaycanın ali təhsil imkanları Almatıda IEF 2026 sərgisində təqdim olunub20.10.2026 - 17:46
Azərbaycan və Almaniya elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib20.10.2026 - 17:46
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub20.10.2026 - 17:40
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar üzrə əməkdaşlıq imkanları müzakirə olunub20.10.2026 - 17:38
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunacaq20.10.2026 - 17:35
Bakıda Azərbaycan - Türkiyə dostluq konserti təşkil olundu20.10.2026 - 17:33
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 17:29
XİN xəbərdarlıq etdi20.10.2026 - 17:24
Azərbaycan Asiya Məzmun və Film Bazarında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib20.10.2026 - 17:24
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər açıqlanıb20.10.2026 - 17:22
TƏBİB Səhiyyə Nazirliyinə tabe edilib20.10.2026 - 17:21
Azərbaycan "London Snow Show" beynəlxalq turizm tədbirinə qoşulub20.10.2026 - 17:17
Azərbaycanda Uşaq Hüquqları Aylığı elan edilib20.10.2026 - 17:13
Qərbi Kaspi Universitetində Bayes statistikası: Struktur biologiyaya tətbiqi” mövzulu seminar keçirilib20.10.2026 - 17:10
“Şahdəniz” layihəsində dənizdə tikinti işlərinə başlanılıb20.10.2026 - 17:00
Qarabağda 88 min hektardan çox ərazidə Milli Park yaradılıb20.10.2026 - 16:47
Bakıda binaların seysmik qiymətləndirilməsi fevralda yekunlaşacaq20.10.2026 - 16:42
Bakıda uşaqlar üçün yeni təhsil proqramına start verilib20.10.2026 - 16:20
Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək20.10.2026 - 15:14
Sultan Raev: Süni intellektin inkişafı türk xalqlarının tarixi yaddaşının qorunması ilə müşayiət olunmalıdır20.10.2026 - 14:56
Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırılıb20.10.2026 - 14:54
İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək20.10.2026 - 14:52
Gülnarə Xəlilovanın milli kolleksiyası “Bursa Fashion Week”də təqdim olunub20.10.2026 - 14:49
Azərbaycanın nümayəndə heyəti ACFM-də uğurla təmsil olunub20.10.2026 - 14:47
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub20.10.2026 - 14:45
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb20.10.2026 - 14:41
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub20.10.2026 - 14:39
İtaliyada məktəblilərə narkotik maddələri aşkar edən qolbaqlar verilir20.10.2026 - 14:37
Zəngilanın azad olunmasından 6 il ötür20.10.2026 - 14:35
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib20.10.2026 - 14:32