Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzinin müdiri, ped.e.d. Nigar Zeynalova, Təhsil fakültəsinin dekanı, ped.e.d. Firuzə Rzayeva, dekan müavini Sevinc Mahmudova və İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Şəfiqə Əliyeva ilə TM Disleksiya Mərkəzinin rəhbəri Təranə Möhsünova arasında görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin birgə layihə və tədbirlərin təşkili istiqamətində razılığa gəlinib.

