Oktyabrın 16-da Xankəndi şəhərində keçirilən Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında II Rektorlar Forumu çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti (International University of Turkic States) arasında ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb.
“Tehsil365” xəbər verir ki, Bununla yanaşı, ADNSU ilə Biznes və Elm Universiteti və Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Həmçinin, “Beynəlxalq logistika və nəqliyyat” ixtisası üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Daşkənd Dövlət Nəqliyyat Universiteti, “Biotexnologiya” ixtisası üzrə isə Daşkənd Dövlət Tibb Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb.
İmzalanmış müqavilələr universitetlər arasında akademik mübadilənin genişləndirilməsi, təhsil və elmi tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də yeni beynəlxalq tərəfdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

