Təhsil 365 - Logo Mobile

NDU Çindən ikili diplom imzaladı

2320.10.2026 - 18:40
NDU Çindən ikili diplom imzaladı

Naxçıvan Dövlət Universiteti ilə Çinin Beijing Information Science and Technology University (BISTU) ali təhsil müəssisəsi arasında "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 2+2 formatlı ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb. Proqrama əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini Naxçıvanda, növbəti iki ilini isə Pekində davam etdirərək hər iki universitetin diplomunu əldə edə biləcəklər. Proqrama tələbə qəbulunun 2027-2028-ci tədris ilindən başlanması nəzərdə tutulur.

“Tehsil365” xəbər verir ki, Müqavilə NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb. İmzalanma mərasimində NDU-nun rektoru Elbrus İsayev, BISTU-nun rektoru, professor Guo Fu və hər iki ali təhsil müəssisəsinin rəhbər heyətinin nümayəndələri iştirak ediblər.

Müqavilənin şərtlərinə əsasən, proqramı uğurla başa vuran və hər iki universitetin akademik tələblərini yerinə yetirən məzunlar iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaqlar. Proqram tələbələrin beynəlxalq akademik mühitdə təhsil almalarına, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradacaq.

Təhsillərinin bir hissəsini Pekində davam etdirəcək tələbələr BISTU-nun laboratoriyalarından, texnoloji infrastrukturundan və elmi-tədqiqat imkanlarından yararlanmaqla nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək imkanı əldə edəcəklər.

Səfər çərçivəsində keçirilən görüşdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində birgə təhsil proqramlarının inkişafı, professor-müəllim heyətinin akademik mobilliyi və ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları da müzakirə olunub.

Əməkdaşlıq çərçivəsində 2027-ci ilin aprel və may aylarında BISTU-nun professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə səfərləri nəzərdə tutulur.

Çinli professorların NDU-da ixtisas fənləri üzrə dərslər keçməsi, universitetin akademik heyəti ilə birgə elmi tədqiqatlar aparması, həmçinin informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahələrində təlim və elmi seminarlar təşkil etməsi planlaşdırılır.

BISTU ilə imzalanan müqavilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq akademik əməkdaşlığının genişləndirilməsinə, Azərbaycan–Çin ali təhsil əlaqələrinin inkişafına xidmət edəcək.

Fidan Abışova

Xəbər Lenti

Planetin vəhşi ürəyi sərgisi baş tutacağ20.10.2026 - 19:40
NDU-da IELTS kitabı təqdim olunub20.10.2026 - 18:50
NDU-da ədliyyə nazir müavini görüş keçirib20.10.2026 - 18:45
ADNSU Özbəkistanla ikili diplom imzaladı20.10.2026 - 18:35
ADNSU Qazaxıstan universiteti ilə görüşdü20.10.2026 - 18:35
ADU-da Səfirlər qonağ olub20.10.2026 - 18:30
ADU-da Kolumbiya səfiri qonaq oldu20.10.2026 - 18:25
ADU müəllimi Özbəkistanda Səfərdə olub20.10.2026 - 18:22
Payızda sağlam tərəvəzlər hansılardır?20.10.2026 - 18:20
ADU-da inklüziv görüş baş tutdu20.10.2026 - 18:15
UNEC-ə qəbul olunan əcnəbi tələbələrin sayı artıb20.10.2026 - 18:12
UNEC-də əcnəbi artımı20.10.2026 - 18:10
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda su və enerji sahələrinə investisiya imkanlarını araşdırır20.10.2026 - 18:01
Naxçıvan MR təhsil nazirliyi təşkilatçılığı ilə şahmat turniri keçiriləcək20.10.2026 - 18:00
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb20.10.2026 - 17:52
Yapon mütəxəssislər Bakını seysmik qiymətləndirəcək20.10.2026 - 17:51
UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub20.10.2026 - 17:46
Azərbaycanın ali təhsil imkanları Almatıda IEF 2026 sərgisində təqdim olunub20.10.2026 - 17:46
Azərbaycan və Almaniya elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib20.10.2026 - 17:46
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub20.10.2026 - 17:40
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar üzrə əməkdaşlıq imkanları müzakirə olunub20.10.2026 - 17:38
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunacaq20.10.2026 - 17:35
Bakıda Azərbaycan - Türkiyə dostluq konserti təşkil olundu20.10.2026 - 17:33
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 17:29
Azərbaycan Asiya Məzmun və Film Bazarında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib20.10.2026 - 17:24
XİN xəbərdarlıq etdi20.10.2026 - 17:24
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər açıqlanıb20.10.2026 - 17:22
TƏBİB Səhiyyə Nazirliyinə tabe edilib20.10.2026 - 17:21
Azərbaycan "London Snow Show" beynəlxalq turizm tədbirinə qoşulub20.10.2026 - 17:17
Azərbaycanda Uşaq Hüquqları Aylığı elan edilib20.10.2026 - 17:13
Qərbi Kaspi Universitetində Bayes statistikası: Struktur biologiyaya tətbiqi” mövzulu seminar keçirilib20.10.2026 - 17:10
“Şahdəniz” layihəsində dənizdə tikinti işlərinə başlanılıb20.10.2026 - 17:00
Qarabağda 88 min hektardan çox ərazidə Milli Park yaradılıb20.10.2026 - 16:47
Bakıda binaların seysmik qiymətləndirilməsi fevralda yekunlaşacaq20.10.2026 - 16:42
Bakıda uşaqlar üçün yeni təhsil proqramına start verilib20.10.2026 - 16:20
Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək20.10.2026 - 15:14
Sultan Raev: Süni intellektin inkişafı türk xalqlarının tarixi yaddaşının qorunması ilə müşayiət olunmalıdır20.10.2026 - 14:56
Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırılıb20.10.2026 - 14:54
İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək20.10.2026 - 14:52
Gülnarə Xəlilovanın milli kolleksiyası “Bursa Fashion Week”də təqdim olunub20.10.2026 - 14:49
Azərbaycanın nümayəndə heyəti ACFM-də uğurla təmsil olunub20.10.2026 - 14:47
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub20.10.2026 - 14:45
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb20.10.2026 - 14:41
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub20.10.2026 - 14:39
İtaliyada məktəblilərə narkotik maddələri aşkar edən qolbaqlar verilir20.10.2026 - 14:37
Zəngilanın azad olunmasından 6 il ötür20.10.2026 - 14:35
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib20.10.2026 - 14:32