Qazaxıstan dövlətinin 10 tələbəsi 2026–2027-ci tədris ilində Azərbaycan universitetlərində oxuyacaq.
“Tehsil365” Metbuat.az-a istinadən xəbər verir ki, iki ölkənin Elm və Təhsil nazirlikləri arasında elm və ali təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişə əsasən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında baş tutacaq.
Vurğulanıb ki, həmin tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsillərini davam etdirəcəklər.
Tələbələrin qəbul aldıqları ixtisas proqramları humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil istiqamətlərini əhatə edir.

