Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffu qəbul edəcək. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsi olacaq.
“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tərəflər arasında görüşün əvvəlcədən razılaşdırıldığını qeyd edib. Danışıqlarda Rusiya Prezidentinin elçisi Kirill Dmitriyev də iştirak edəcək.
Uşakov bildirib ki, Moskva Cared Kuşnerin xəstəliyi səbəbindən danışıqlar üçün Rusiyaya gələ bilməməsi barədə məlumatlandırılıb. Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, rəsmi Moskva Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamayıb.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Uitkoffun Oslodan Sankt-Peterburqa uçduğunu açıqlayıb. O, Norveç paytaxtında Ukrayna Prezidenti, Finlandiya Prezidenti və Norveçin Baş nazirinin iştirakı ilə danışıqlar aparıb.

