Təhsil 365 - Logo Mobile

Fərid Cəfərov: Uşaqları kitaba daha da yaxınlaşdırmaq əsas məqsədlərdəndir

3721.10.2026 - 09:02
Fərid Cəfərov: Uşaqları kitaba daha da yaxınlaşdırmaq əsas məqsədlərdəndir

“Bu il Bakı Beynəlxalq Kitab Sərgisində iştirakçıların sayı əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb. Sərgidə 148 yerli nəşriyyat və təşkilat öz stendi ilə təmsil olunur. Beynəlxalq iştirakçılıqda da artım müşahidə edilir. Belə ki, 32 ölkədən 59 nəşriyyat və təşkilat sərgiyə qatılıb”.

“Tehsil365” xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən sərgidə dövlət qurumları, ali təhsil müəssisələri və xarici ölkələrin Azərbaycandakı səfirlikləri də öz nəşrlərini xüsusi stendlərdə təqdim edirlər.

F.Cəfərov bildirib ki, yeddi gün davam edəcək sərgi çərçivəsində 300-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur:

“Tədbirlər çərçivəsində yerli və xarici yazıçılarla görüşlər, kitab təqdimatları, ədəbiyyatın təbliğinə həsr olunmuş yerli və beynəlxalq konfranslar təşkil ediləcək. Bununla yanaşı, nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də xüsusi məkan ayrılıb”.

Nazir müavini qeyd edib ki, sərginin fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızıdır. Həmçinin müxtəlif ölkələrdən tanınmış yazıçıların dəvət olunması nəzərdə tutulub.

F.Cəfərov builki sərginin əsas mövzusunun uşaqların mütaliəyə marağının artırılması olduğunu vurğulayıb:

“Bu il kitab sərgisi uşaqlara həsr olunub. Sərginin əsas ideyası “Həyat ekrandan böyükdür” şüarı ilə ifadə olunur. Əsas məqsəd uşaqları kitaba daha da yaxınlaşdırmaq, ədəbiyyatımızın gənc nəsil arasında daha geniş yayılmasına və təbliğinə töhfə verməkdir. Bunun üçün sərgi ərazisində uşaqlar üçün xüsusi zonalar da yaradılıb”.

Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçirilir.

Xədicə Hüseyn

Xəbər Lenti

XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 09:59
Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 09:20
Şirvanda Beynəlxalq Şahmat Festivalının açılış mərasimi olub21.10.2026 - 09:16
Türk mistik cərəyanlarının qaynaqları tədqiq edilib21.10.2026 - 09:07
ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqdadır21.10.2026 - 09:04
XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb21.10.2026 - 09:01
MİT-də Azərbaycanlı Tələbələr Birliyi yaradılıb21.10.2026 - 08:57
Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək21.10.2026 - 08:45
Tramp süni intellekt data mərkəzlərinə çağırış edib21.10.2026 - 08:41
Bakı məktəblisi beynəlxalq müsabiqədə uğur əldə edib21.10.2026 - 08:35
Sabahın hava proqnozu açıqlanıb21.10.2026 - 08:32
Azərbaycan boksçuları dünya çempionatında finala vəsiqə qazanıb21.10.2026 - 08:25
Qazaxıstanın 10 tələbəsi Azərbaycanda təhsil alacaq21.10.2026 - 08:20
5 günlük tətil olacaq21.10.2026 - 08:15
Azərbaycanlı çoban Ermənistana keçdi21.10.2026 - 07:47
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür21.10.2026 - 07:43
Qəhvənin qaraciyərə faydası nələrdir? - Həkim açıqladı21.10.2026 - 07:30
Ordubada qar yağdı21.10.2026 - 07:24
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür21.10.2026 - 07:20
Planetin vəhşi ürəyi sərgisi baş tutacağ20.10.2026 - 19:40
NDU-da IELTS kitabı təqdim olunub20.10.2026 - 18:50
NDU-da ədliyyə nazir müavini görüş keçirib20.10.2026 - 18:45
NDU Çindən ikili diplom imzaladı20.10.2026 - 18:40
ADNSU Qazaxıstan universiteti ilə görüşdü20.10.2026 - 18:35
ADNSU Özbəkistanla ikili diplom imzaladı20.10.2026 - 18:35
ADU-da Səfirlər qonağ olub20.10.2026 - 18:30
ADU-da Kolumbiya səfiri qonaq oldu20.10.2026 - 18:25
ADU müəllimi Özbəkistanda Səfərdə olub20.10.2026 - 18:22
Payızda sağlam tərəvəzlər hansılardır?20.10.2026 - 18:20
ADU-da inklüziv görüş baş tutdu20.10.2026 - 18:15
UNEC-ə qəbul olunan əcnəbi tələbələrin sayı artıb20.10.2026 - 18:12
UNEC-də əcnəbi artımı20.10.2026 - 18:10
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda su və enerji sahələrinə investisiya imkanlarını araşdırır20.10.2026 - 18:01
Naxçıvan MR təhsil nazirliyi təşkilatçılığı ilə şahmat turniri keçiriləcək20.10.2026 - 18:00
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb20.10.2026 - 17:52
Yapon mütəxəssislər Bakını seysmik qiymətləndirəcək20.10.2026 - 17:51
UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub20.10.2026 - 17:46
Azərbaycanın ali təhsil imkanları Almatıda IEF 2026 sərgisində təqdim olunub20.10.2026 - 17:46
Azərbaycan və Almaniya elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib20.10.2026 - 17:46
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub20.10.2026 - 17:40
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar üzrə əməkdaşlıq imkanları müzakirə olunub20.10.2026 - 17:38
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunacaq20.10.2026 - 17:35
Bakıda Azərbaycan - Türkiyə dostluq konserti təşkil olundu20.10.2026 - 17:33
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 17:29
Azərbaycan Asiya Məzmun və Film Bazarında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib20.10.2026 - 17:24
XİN xəbərdarlıq etdi20.10.2026 - 17:24
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər açıqlanıb20.10.2026 - 17:22