Təhsil 365 - Logo Mobile

“Azıx - Bizə məktub var” sənədli filmi təqdim olunub

8521.10.2026 - 12:30
“Azıx - Bizə məktub var” sənədli filmi təqdim olunub

Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən “Azıx – Bizə məktub var” sənədli filmi təqdim olunub.

“Tehsil365” xəbər verir ki, “Təhsil TV”nin ərsəyə gətirdiyi film Azərbaycanın qədim tarixə malik mühüm mədəniyyət abidələrindən biri olan Azıx mağarasının unikal keçmişinə və sirli dünyasına həsr olunub.

Ekran əsəri tariximizin dərindən öyrənilməsinə, keçmişlə müasir dövr arasında əlaqənin qurulmasına və milli-mədəni irsimizin qorunub saxlanılmasına töhfə vermək məqsədi daşıyır.

“Azıx – Bizə məktub var” sənədli filmi öz adı ilə də keçmişdən gələcəyə uzanan mənəvi əlaqəyə diqqət çəkir. Ekran əsəri qədim irsin müasir nəsillərə çatdırılması, tarixi yaddaşın qorunması və Azərbaycanın zəngin keçmişinin daha geniş auditoriyaya tanıdılması baxımından maraq doğurur.

Filmin ssenari müəllifi Mirmehdi Ağaoğlunun sözlərinə görə, üçüncü ildir ki, Azıx mağarasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən arxeoloji tədqiqatlar aparılır: “Filmimizin əsas məqsədi bu tədqiqatların metodlarını, miqyasını və elmi əhəmiyyətini təqdim etmək, mağarada gedən prosesləri yaxından öyrənmək və tamaşaçıya çatdırmaq idi.

Filmin çəkilişləri çərçivəsində üç gün Azıx mağarasında olduq. Bu müddət ərzində Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri Əjdər Babazadə çəkilişlərimizə yaxından dəstək göstərdi. Ekspedisiyada Qarabağ Universitetinin və digər yerli ali təhsil müəssisələrinin müəllimləri, tələbələri və tədqiqatçıları ilə yanaşı, beynəlxalq elmi mərkəzləri və universitetləri təmsil edən mütəxəssislər də iştirak edirdilər. Çəkilişlər zamanı həm beynəlxalq tədqiqatçılarla ünsiyyət qurmaq, həm də yerli alim və araşdırmaçıların gördüyü işləri əhatə etmək imkanımız oldu.

Xüsusilə qeyd etmək istərdim ki, Azıx mağarasında aparılan tədqiqatlarda dünya arxeologiyasında tətbiq edilən müasir texnologiyalardan və qabaqcıl tədqiqat metodlarından istifadə olunur. Bu texnologiyalar arxeoloji materialların aşkarlanmasına və öyrənilməsinə, eyni zamanda mağaranın qədim dövrlərdəki ekoloji şəraitinin, təbii mühitinin və insan yaşayışının xüsusiyyətlərinin daha dərindən araşdırılmasına imkan verir. Beləliklə, tədqiqatlar yalnız arxeoloji tapıntıların üzə çıxarılması ilə məhdudlaşmır, həm də qədim insanların yaşadığı mühit haqqında dolğun elmi təsəvvürün formalaşmasına xidmət edir”.

M.Ağaoğlu qeyd edib ki, filmdə bu elmi proseslər mümkün qədər əhatəli şəkildə təqdim edilməyə çalışılıb: “Eyni zamanda, elmi yanaşmaya xüsusi üstünlük verdik. İstəyimiz budur ki, film geniş tamaşaçı auditoriyası üçün maraqlı olmaqla yanaşı, gələcəkdə elmi mərkəzlərdə, universitetlərin arxeologiya fakültələrində və tədqiqatçılar üçün də vizual vəsait kimi istifadə oluna bilsin. Filmin hazırlanmasında bu məqsədi də əsas götürmüşük.

Sonda onu da vurğulamaq istərdim ki, “Təhsil TV”nin əməkdaşları layihənin ərsəyə gəlməsi üçün böyük həvəslə, fədakarlıqla və peşəkarlıqla çalışıblar. Bu filmlə həm Azıx mağarasında aparılan mühüm elmi araşdırmaları ictimaiyyətə çatdırmağa, həm də Azərbaycan elminin bu sahədəki fəaliyyətini daha geniş auditoriyaya təqdim etməyə çalışmışıq”.

Tədqiqatçı Əjdər Babazadə bildirib ki, 2026-cı ildə film Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatların geniş videoxronikası olaraq ərsəyə gətirilib: “Film Azıx mağarasında Azərbaycan–Almaniya Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyasının müasir qazıntı metodlarını, beynəlxalq elmi əməkdaşlığı və qədim insanlığın izlərini araşdıran tədqiqatlarını özündə əks etdirib. Beynəlxalq tədqiqat qrupunda 14 ölkəni təmsil edən 30-a yaxın alim və mütəxəssis iştirak edib. Film Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Leybnits Arxeologiya Mərkəzinin birgə işi nəticəsində ərsəyə gəlib”.

Ə.Babazadə qeyd edib ki, bu layihə yalnız arxeoloji qazıntıları deyil, həm də ortaq elmi məqsədlər naminə qurulan beynəlxalq əməkdaşlığı, bilik mübadiləsini və Azərbaycanın qədim tarixinin öyrənilməsinə verilən töhfəni əks etdirir.

Məlumat üçün qeyd edək ki, filmin çəkilişlərində Azıx Arxeoloji Tədqiqat və Analiz Laboratoriyası da iştirak edib. Filmin ideya müəllifi “Təhsil TV”nin direktoru, Əməkdar jurnalist Bəhruz Nəzərov, ssenari müəllifi və rejissoru isə Mirmehdi Ağaoğludur.

Nilay Hüseynli

Xəbər Lenti

Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb21.10.2026 - 13:45
Cambridge Universiteti məhkəməyə verilib21.10.2026 - 12:53
Yaponiyada oktyabr ayında temperatur 33 dərəcəni ötüb21.10.2026 - 12:52
Termez Dövlət Universiteti tədris proqramına Azərbaycan dili və ədəbiyyatını daxil etməyi planlaşdırır21.10.2026 - 12:50
DİM-də GRE imtahanı keçiriləcək21.10.2026 - 12:48
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 12:46
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir21.10.2026 - 12:44
Qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb21.10.2026 - 12:42
Beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı21.10.2026 - 12:41