Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvü Almatı şəhərində keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb.
“Tehsil365” xəbər verir ki, belə ki, Qazaxıstanın YUNESKO Klubları üzrə Milli Federasiyasının təşkilatçılığı ilə Almatı şəhərində Beynəlxalq Gənclər Festivalı ("ThePlanetEarthOFART2026") keçirilib. Festival çərçivəsində YUNESKO-nun qeyri-maddi mədəni irsinin qorunması, təbliğ olunması və bu prosesdə qadınların rolunun işıqlandırılması mövzusuna həsr olunmuş beynəlxalq təsviri sənət müsabiqəsi təşkil edilib.
Müsabiqədə Azərbaycanı təmsil edən Bakı şəhəri 3 nömrəli UGİM-in "Təsviri sənət və dizayn" dərnəyinin üzvü Məryəm Cəfərova təltifə layiq görülüb.
Qeyd edək ki, Almatı şəhərində təşkil olunan yekun təltifetmə mərasimində və rəsmi tədbirlərdə 3 nömrəli UGİM-in direktoru Lalə Qəti və dərnək rəhbəri Amaliya Məmmədli Nuri də iştirak ediblər. Səfər çərçivəsində mərkəzin rəhbərliyi xarici ölkələrin müvafiq təhsil və incəsənət qurumları ilə təcrübə mübadiləsi aparıb, gələcək birgə layihələrin perspektivlərini müzakirə edib

