Təhsil 365 - Logo Mobile

XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib

8521.10.2026 - 14:33
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib

Oktyabrın 21-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Mədəni irsin mühafizəsində kitabxanaların rolu: süni intellektin tətbiqi və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sərgi çərçivəsində belə bir beynəlxalq konfransın təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, müasir kitabxanaların milli-mədəni irsin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını bildirib. Süni intellekt texnologiyalarının kitabxana işinə tətbiqinin nadir kitabların, əlyazmaların və tarixi sənədlərin mühafizəsi, elektron kataloqların təkmilləşdirilməsi, eləcə də informasiya xidmətlərinin inkişafı baxımından yeni imkanlar açdığını qeyd edib.

Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının bu istiqamətdə həyata keçirdiyi layihələrdən və beynəlxalq təcrübə mübadiləsinin vacibliyindən söz açıb.

Konfransda çıxış edən akademik Nizami Cəfərov Azərbaycan xalqının zəngin ədəbi və mədəni irsinin qorunmasında kitabxanaların xüsusi rolunu diqqətə çatdırıb. O, milli dilin, tarixi yaddaşın və mənəvi dəyərlərin yaşadılmasında kitabxanaların müstəsna əhəmiyyətini vurğulayaraq, müasir texnologiyaların bu irsin öyrənilməsi və təbliği üçün geniş perspektivlər yaratdığını bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu Türkiyədə kitabxana xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, ölkədə Milli Kitabxana ilə yanaşı, 1300-ə yaxın xalq kitabxanasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Süni intellektin kataloqlaşdırma və informasiya axtarışı proseslərinə tətbiqindən danışan Taner Beyoğlu “Süni intellektə əsaslanan Ağıllı Kitabxana” layihəsi və görmə məhdudiyyətli şəxslər üçün yaradılmış “Danışan kitabxana” xidməti barədə ətraflı məlumat verib. Natiq Azərbaycan və Türkiyənin ortaq mədəni irsinin rəqəmsal mühitdə qorunması və əlçatanlığının artırılması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: milli yaddaşın rəqəmsal gələcəyi” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Kitabxanada zəngin kitab fondlarının rəqəmsallaşdırılması, elektron kataloqların, məlumat bazalarının və virtual sərgilərin yaradılması istiqamətində görülən işlərdən danışıb. Nadir nəşrlərin və qiymətli sənədlərin elektron mühitə köçürülməsinin milli yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb. Ədibə İsmayılova, eyni zamanda, süni intellektin biblioqrafik məlumatların işlənməsi və istifadəçilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi sahəsində yaratdığı imkanlara toxunub.

Serbiya Milli Kitabxanasının direktoru Yasmina Ninkov kitabxanaların müasir cəmiyyətdə bilik və yaradıcılıq mərkəzləri kimi rolundan söhbət açıb. O, Serbiya Milli Kitabxanasının “WorldCat” sisteminə inteqrasiyası barədə məlumat verib, “Bütün serb kitabları bir dam altında” layihəsi və Serb Əlyazmalarının Virtual Kitabxanasının yaradılması təcrübəsini bölüşüb. Natiq qədim əlyazmaların rəqəmsallaşdırılması, tarixi sənədlərin konservasiyası və bərpası istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıraraq, kitabxanaların inkişafında innovativ yanaşmaların və beynəlxalq tərəfdaşlığın mühüm rol oynadığını bildirib.

Estoniya Milli Kitabxanasının baş direktoru Martin Õövel süni intellektin inkişafının informasiya mühitinə və milli-mədəni dəyərlərin qorunmasına təsirindən bəhs edib. O, yeni texnologiyaların üstünlükləri ilə yanaşı, məlumatların etibarlılığı, şəffaflığı və azsaylı xalqların dillərinin rəqəmsal mühitdə təmsil olunması ilə bağlı mövcud çağırışlara diqqət çəkib. Estoniya Milli Kitabxanasında süni intellektə əsaslanan avtomatik kataloqlaşdırma sisteminin hazırlanması istiqamətində aparılan işlər barədə məlumat verən Martin Õövel texnoloji yeniliklərin kitabxana mütəxəssislərinin fəaliyyətini dəstəkləməsinin və mədəni müxtəlifliyin qorunmasına xidmət etməsinin vacibliyini vurğulayıb.

İordaniya Milli Kitabxanasının baş direktoru Firas Atallah Məhəmməd Darabah ölkəsinin kitabxana sahəsində rəqəmsal inkişaf təcrübəsini təqdim edib. O, İordaniyada 38 kitabxana və müəssisəni əhatə edən elektron kataloq sisteminin fəaliyyət göstərdiyini, 2026–2028-ci illər üzrə Strateji Planda rəqəmsal transformasiyanın ana xətt kimi müəyyənləşdirildiyini bildirib. Tarixi sənədlərin rəqəmsallaşdırılması və süni intellektdən səmərəli istifadə məsələlərinə toxunan Firas Atallah Məhəmməd Darabah Azərbaycan və İordaniya kitabxanaları arasında nəşr mübadiləsinin, birgə layihələrin və peşəkar əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Konfransda kitabxanaların rəqəmsal transformasiyası, süni intellektin tətbiqi, nadir kitab və əlyazmaların mühafizəsi, elektron informasiya resurslarının inkişafı və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Beynəlxalq konfrans mədəni irsin qorunması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kitabxanalar arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm töhfə verib.

Asyat Abdurahmanova

Xəbər Lenti

Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb21.10.2026 - 13:45
Cambridge Universiteti məhkəməyə verilib21.10.2026 - 12:53
Yaponiyada oktyabr ayında temperatur 33 dərəcəni ötüb21.10.2026 - 12:52
Termez Dövlət Universiteti tədris proqramına Azərbaycan dili və ədəbiyyatını daxil etməyi planlaşdırır21.10.2026 - 12:50
DİM-də GRE imtahanı keçiriləcək21.10.2026 - 12:48
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 12:46
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir21.10.2026 - 12:44
Qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb21.10.2026 - 12:42
Beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı21.10.2026 - 12:41
Avstraliyada yaşı 16-dan az olanlarla bağlı qadağa pozuldu21.10.2026 - 12:39