Təhsil 365 - Logo Mobile

Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”

9321.10.2026 - 15:03
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Xaqani Şirvani – pyeslər toplusu” kitabının təqdimatı keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova topluya Xalq şairi Məmməd Rahimin “Xaqani”, Zeynal Xəlilin “Şairin yuxusu” və Novruz Gəncəlinin “Zəlzələ” pyeslərinin daxil edildiyini bildirib. O qeyd edib ki, bu əsərlər dahi Azərbaycan şairi Xaqani Şirvaninin şəxsiyyətini, yaşadığı dövrü və zəngin ədəbi irsini daha dərindən anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

A.Raimkulovanın sözlərinə görə, Fondun bu toplunu nəşr etdirməkdə əsas məqsədlərindən biri Xaqani Şirvaninin həyat və yaradıcılığından bəhs edən əsərlərə yenidən səhnə həyatı qazandırmaqdır. Belə ki, topluya daxil edilən pyeslər hazırda Azərbaycan teatrlarının repertuarında yer almır və uzun müddətdir tamaşaçılara təqdim olunmur.

“Ümid edirik ki, Türk dünyasının tanınmış rejissorları və teatr ictimaiyyətinin nümayəndələri bu topludan yararlanaraq həmin əsərləri yenidən səhnələşdirəcək, Xaqaninin həyat və yaradıcılığını tamaşaçılara təqdim edəcəklər. Dahi şair Xaqani Şirvani qəzəllərini farsca yazmasına baxmayaraq, türk olduğunu və türklərin Tanrısı Tenqriyə tapındığını ifadə edib. Orta əsrlərdə öz milli kimliyini, türk mənsubiyyətini qürurla dilə gətirən Xaqaninin ədəbi irsini biz də eyni iftixar hissi ilə təbliğ etməliyik və edirik”, – deyə Fondun prezidenti vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova Xaqani Şirvaninin zəngin ədəbi irsindən, yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən və Şərq ədəbiyyatındakı mövqeyindən danışıb. O bildirib ki, Xaqani Şirvaninin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, bütövlükdə Şərq ədəbi-fəlsəfi düşüncəsi baxımından böyük əhəmiyyət daşıyır. Şairin əsərlərində yaşadığı dövrün ictimai-mədəni mühiti, müxtəlif dini və fəlsəfi baxışlar, eləcə də insanın mənəvi dünyası geniş əksini tapıb.

Akademik Nizami Cəfərov Xaqani irsinin hərtərəfli araşdırılmasının, əsərlərindəki tarixi, fəlsəfi və poetik məqamların öyrənilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılması onun ədəbi irsinin daha dərindən dərk edilməsinə və geniş auditoriyaya tanıdılmasına imkan yaradır.

Qeyd edək ki, topluya daxil edilən hər üç pyesdə Xaqani Şirvaninin yaşadığı dövr, həmin dövrün hökmdarları, şairin müasirləri, eləcə də ictimai-siyasi və ədəbi-mədəni mühit bədii təxəyyülün imkanları ilə canlandırılıb. Əsərlər dahi şairin həyat və yaradıcılığına fərqli baxış bucaqlarından nəzər salmağa, onun şəxsiyyətini və yaşadığı dövrün xüsusiyyətlərini daha yaxından tanımağa imkan verir.

Asyat Abdurahmanova

Xəbər Lenti

Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb21.10.2026 - 13:45
Cambridge Universiteti məhkəməyə verilib21.10.2026 - 12:53
Yaponiyada oktyabr ayında temperatur 33 dərəcəni ötüb21.10.2026 - 12:52
Termez Dövlət Universiteti tədris proqramına Azərbaycan dili və ədəbiyyatını daxil etməyi planlaşdırır21.10.2026 - 12:50
DİM-də GRE imtahanı keçiriləcək21.10.2026 - 12:48
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 12:46
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir21.10.2026 - 12:44
Qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb21.10.2026 - 12:42
Beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı21.10.2026 - 12:41
Avstraliyada yaşı 16-dan az olanlarla bağlı qadağa pozuldu21.10.2026 - 12:39