Təhsil 365 - Logo Mobile

“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir

23621.10.2026 - 17:14
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir

99-cu “Oskar” müfakatlandırma mərasimində Azərbaycanı rejissor Zaur Qasımlının “Tağıyev: Məktəb” (Taghiyev: School) filmi təmsil edəcək. Film “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında irəli sürülüb.

“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim edilməsi üzrə komissiyanın sədri, rejissor Şamil Əliyev Trend-ə bildirib.

Film azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından, eləcə də onun XX əsrin əvvəllərində müsəlman qızlar üçün məktəb açmaq uğrunda səylərindən bəhs edir. Tarixi dram Azərbaycanın görkəmli xeyriyyəçisinin həyatı və fəaliyyəti haqqında genişmiqyaslı kino layihəsinin davamıdır.

Layihənin əvvəlki hissəsi olan “Tağıyev: Neft” (Taghiyev: Oil) filmi də ötən il “Oskar” uğrunda mübarizədə Azərbaycanı təmsil edib.

Bu il “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında iştirakçıların sayı rekord həddə çatıb. Belə ki, Amerika Kino Akademiyasının üzvlərinin nəzərdən keçirməsi üçün dünyanın müxtəlif ölkələrindən 105 film təqdim olunub. Əvvəlki rekord 93 filmlə 2020-ci ildə qeydə alınıb.

İlkin səsvermə mərhələsinin dekabrın 7-dən 11-dək keçirilməsi planlaşdırılır. Qısa siyahıya (shortlist) daxil edilən 15 filmin adının isə dekabrın 15-də elan ediləcəyi gözlənilir.

“Tağıyev: Məktəb” filminin “Oskar” uğrunda mübarizədə iştirakı beynəlxalq auditoriyaya Azərbaycan tarixinin mühüm səhifələrindən biri və ölkədə təhsilin, xeyriyyəçiliyin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətin irsi ilə tanış olmaq imkanı yaradır.

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filminə bu günədək Azərbaycanın kinoteatrlarında 200 mindən çox tamaşaçı baxıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən kinoepopeyanın dörd hissəsinin – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sonа” və “Tağıyev: Məktəb” filmlərinin hamısı tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanıb və ölkənin aparıcı kinoteatrlarında ən çox maraq doğuran yerli kino layihələrindən birinə çevrilib.

Ayətil Quliyeva

Xəbər Lenti

Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb21.10.2026 - 13:45
Cambridge Universiteti məhkəməyə verilib21.10.2026 - 12:53
Yaponiyada oktyabr ayında temperatur 33 dərəcəni ötüb21.10.2026 - 12:52
Termez Dövlət Universiteti tədris proqramına Azərbaycan dili və ədəbiyyatını daxil etməyi planlaşdırır21.10.2026 - 12:50
DİM-də GRE imtahanı keçiriləcək21.10.2026 - 12:48
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 12:46
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir21.10.2026 - 12:44
Qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb21.10.2026 - 12:42
Beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı21.10.2026 - 12:41