Təhsil 365 - Logo Mobile

ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub

2721.10.2026 - 17:11
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə rəhbər komitənin görüşü keçirilib”.

"Tehsil365" xəbər verir ki, iclasda ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aparat rəhbəri Azad Cəfərli, ADAU-nun prorektoru Əhməd Məlikov, Ege Universitetinin prorektorları Murat Boyacı və Aydoğan Savran, KTN-nin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, həmin şöbənin müdir müavini, Elm və təhsil sektorunun müdiri Emin Əliyev, Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Beynəlxalq İkili Diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya, ADAU-Ege beynəlxalq ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, ADAU-nun rektor müşaviri Bəxtiyar Nəsibov və proqram katibi Elcan Məmmədov iştirak ediblər.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında qonaqları salamlayaraq, iki universitet arasında əməkdaşlığın inkişafından və ikili diplom proqramının əldə etdiyi nəticələrdən bəhs edib. O, proqramın aqrar sahə üzrə müasir bilik və praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasında əhəmiyyətini vurğulayıb, tədrisin keyfiyyətinin yüksəldilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və tələbələrin peşəkar inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

Ege Universitetinin rektoru Musa Alcı ADAU ilə tərəfdaşlığın əhəmiyyətindən danışaraq, ikili diplom proqramının hər iki universitet üçün yeni imkanlar yaratdığını bildirib. O, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinin, eləcə də aqrar təhsil sahəsində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

KTN-nin Aparat rəhbəri Azad Cəfərli çıxışında proqramın ölkəmizin aqrar sektoru üçün əhəmiyyətini vurğulayıb. O, müasir texnologiyaları mənimsəyən, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasında beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübənin öyrənilməsinin mühüm rol oynadığını bildirib.

Daha sonra Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan proqram çərçivəsində tələbələrin istehsalat təcrübəsinin nəticələrinə dair yekun hesabatı təqdim edib. Hesabat ətrafında müzakirələr aparılıb, təcrübənin təşkili və nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edilib.

Daha sonra iclasda cari məsələlər müzakirə olunub.

Onlayn formada görüşə qoşulan Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov müzakirə olunan məsələlərə münasibət bildirərək öz təkliflərini səsləndirib.

Görüşün sonunda qarşıda duran vəzifələr, nəzərdə tutulan birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub.

Proqram üzrə rəhbər komitənin görüşündən sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, ADAU TV internet televiziyası və Tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.

Xədicə Hüseyn

Xəbər Lenti

Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb21.10.2026 - 13:45
Cambridge Universiteti məhkəməyə verilib21.10.2026 - 12:53
Yaponiyada oktyabr ayında temperatur 33 dərəcəni ötüb21.10.2026 - 12:52
Termez Dövlət Universiteti tədris proqramına Azərbaycan dili və ədəbiyyatını daxil etməyi planlaşdırır21.10.2026 - 12:50
DİM-də GRE imtahanı keçiriləcək21.10.2026 - 12:48
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 12:46
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir21.10.2026 - 12:44
Qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb21.10.2026 - 12:42
Beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı21.10.2026 - 12:41
Avstraliyada yaşı 16-dan az olanlarla bağlı qadağa pozuldu21.10.2026 - 12:39