Təhsil 365 - Logo Mobile

Xarici dildə bal məhdudiyyəti olacaq?

27721.10.2026 - 17:43
Xarici dildə bal məhdudiyyəti olacaq?

Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən abituriyentlərin xarici dil biliklərinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.Buraxılış imtahanlarına xarici dil üzrə esse tapşırığının əlavə olunması, eləcə də magistraturaya qəbul imtahanlarında xarici dil fənni üzrə danışıq (speaking) bacarıqlarının yoxlanılması məsələsi müzakirə olunur. Lakin hazırda yalnız bəzi universitetlərdə ingilis dili üzrə minimum bal tələbi mövcuddur.

“Tehsil365” xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, xarici dil üzrə minimum bal tələbi abituriyentləri dili sadəcə imtahan vermək üçün deyil, funksional kommunikasiya vasitəsi kimi mənimsəməyə təşviq edə bilər:

Abituriyent və tələbələrin xarici dil biliklərinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən islahatlar, eləcə də buraxılış və magistratura imtahanlarına esse və danışıq komponentlərinin əlavə edilməsi müzakirələri müasir təhsil siyasətinin və institusional idarəetmənin strateji prioritetlərindən biri kimi çıxış edir. Qloballaşan əmək bazarında rəqabətədavamlı kadrların yetişdirilməsi baxımından ali təhsil müəssisələrinə qəbul zamanı xarici dil üzrə minimum bal tələbinin bütün universitetlərdə tətbiq edilməsi məsələsinə ali təhsilin sosial-iqtisadi və struktur müstəvidə yanaşmaq zəruridir.

Ali təhsil müəssisələrində xarici dil üzrə universal minimum bal tələbinin tətbiq edilməsi ilkin mərhələdə abituriyentlərin və tələbələrin dil öyrənmə motivasiyasına birbaşa pozitiv təsir göstərə bilər. Pedaqoji ölçmə və qiymətləndirmə nəzəriyyələrinə görə, imtahan standartlarının və tələblərinin dəyişdirilməsi təlim prosesinin məzmununu birbaşa tənzimləyən geri təsir mexanizmini işə salır. Bu tələb tətbiq olunarsa, abituriyentlər xarici dili sadəcə test mexanikasını öyrənmək üçün deyil, funksional kommunikasiya aləti kimi mənimsəməyə meyilli olacaqlar. Tələbələrin ilkin dil bazasının yüksək olması universitetlərdə xarici dildə tədris olunan akademik resurslardan istifadə imkanlarını genişləndirəcək, magistratura və doktorantura səviyyələrində elmi-tədqiqat işlərinin keyfiyyətini beynəlxalq standartlara yaxınlaşdıracaqdır".

Xarici dil üzrə sərt minimum bal tələbi regionlarda tələbə qəbulunun kəskin azalmasına səbəb ola bilər:

"Bununla belə, bu yanaşmanın bütün universitetlərdə və ixtisaslarda diferensiasiya aparılmadan, eyni struktur formatında tətbiq edilməsi müəyyən institusional risklər və əlçatanlıq problemləri yarada bilər. Paytaxt ilə regionlar, eləcə də fərqli sosial-iqtisadi təbəqələrdən gələn uşaqların xarici dil üzrə resurslara və keyfiyyətli tədrisə əlçatanlığı arasında hələ də sosimədəni fərqlər mövcuddur. Sertifikatlaşdırılmış və ya yüksək dil biliklərinə malik pedaqoji kadrların regional məktəblərdə tam təmin olunmaması fonunda sərt minimum bal tələbinin qoyulması, bəzi regional ali təhsil müəssisələrində plan yerlərinin dolmamasına və ixtisaslar üzrə tələbə qəbulunun kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.

Buna görə də, elmi-pedaqoji idarəetmə baxımından universal qadağa və ya mütləq tələb kimi deyil, mərhələli şəkildə keçid daha məqsədəuyğundur. Minimum bal tələbi bütün universitetlərə birdən-birə deyil, ixtisas qruplarının spesifikasına (məsələn, beynəlxalq münasibətlər, İT, tibb və mühəndislik ixtisaslarında daha yüksək, digər humanitar və texniki sahələrdə isə mərhələli) uyğun olaraq diferensial şəkildə tətbiq edilməlidir. Eyni zamanda, düşünürəm ki, dövlət tərəfindən universitetlərin daxilində ödənişsiz və intensiv dil hazırlığı proqramlarının təşkili təmin olunmalıdır ki, bu da təhsilin əlçatanlığı və sosial ədalət prinsiplərinə xələl gətirmədən xarici dil biliklərinin davamlı yüksəlməsinə sistemli töhfə versin".

Ayətil Quliyeva

Xəbər Lenti

UNEC stendi sərgidə təqdim olundu21.10.2026 - 19:35
UNEC rektoru laureatla görüşdü21.10.2026 - 19:30
ADNSU-da karyera sessiyası baş tutdu21.10.2026 - 19:25
ADNSU-da dissertasiya müdafiəsi keçirildi21.10.2026 - 19:20
ADNSU kitab sərgisində iştirak21.10.2026 - 19:15
ADNSU-da Pre-Demo Day tədbiri keçirilib21.10.2026 - 19:15
Əminə Hüseynova Türkiyədə təhsil alır21.10.2026 - 19:10
ADU kitab sərgisində təmsil21.10.2026 - 19:05
ADU-da macar konserti keçirildi21.10.2026 - 19:00
Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Gürcüstan səfiri: İki ölkə arasında mədəni əməkdaşlıq strateji tərəfdaşlığı möhkəmləndirir21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36
XII Bakı Kitab Sərgisində mədəni irs və süni intellektə dair beynəlxalq konfrans təşkil edilib21.10.2026 - 14:33
“Urud abidələri” kolleksiyasının nümunəsi Corc Vaşinqton Universitetinin muzeyinə təqdim olunub21.10.2026 - 14:31
Bakıda xarici ölkələrin milli kitabxanaları ilə əlaqələr genişləndirilir21.10.2026 - 14:29
Analitika "L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək21.10.2026 - 14:26
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir21.10.2026 - 14:23
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir21.10.2026 - 14:20
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə uğur qazanıb21.10.2026 - 14:16
Özbək əlifbası dəyişdirildi21.10.2026 - 14:14
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib21.10.2026 - 14:10
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...21.10.2026 - 14:08
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb21.10.2026 - 13:47