“Bizdə yerli yazarlara və bütövlükdə Azərbaycan ədəbiyyatına qarşı laqeydlik müşahidə olunur və çox təəssüf ki, bu məktəblərimizdə də belədir”
Bu sözləri “Tehsil365” ə açıqlamasında Azərbaycanlı Yazıçı, Azərbyacan Yazıçılar Birliyinin Üzvü Elxan Elatlı bildirib.
Yazıçı bildirib ki, müasir təhsil proqramları və dərsliklər barədə ətraflı məlumatlı olmasa da, Azərbaycan ədəbiyyatına və yerli yazarlara qarşı laqeydliyin müşahidə olunduğunu düşünür. Onun sözlərinə görə, bu münasibət məktəblərdə də özünü göstərir və şagirdlərdə bədii ədəbiyyata maraq lazımi səviyyədə formalaşdırılmır.
Elxan Elatlı qeyd edib ki, xüsusilə ədəbiyyat müəllimlərinin bədii ədəbiyyatdan uzaqlaşmasını narahatlıq doğuran məqam kimi qiymətləndirib. Onun sözlərinə görə şagirdlərə ədəbiyyatı sevdirmək üçün ilk növbədə bu fənni tədris edən müəllimlərin özlərinin bədii ədəbiyyata marağı və bağlılığı olmalıdır.
“Ən xoşagəlməz hal isə bundan ibarətdir ki, ədəbiyyat müəllimlərimizin böyük əksəriyyəti özləri bədii ədəbiyyatdan uzaq düşüblər.”
Yazıçı onu da vurğulayıb ki, şagirdlərdə mütaliə vərdişinin formalaşdırılması yalnız tədris proqramlarının məzmunundan deyil, həm də müəllimlərin yanaşmasından asılıdır.

