UNEC-in MBA proqramının “Risklərin idarə edilməsi” ixtisaslaşması Beynəlxalq Peşəkar Risk Menecerləri Assosiasiyası (PRMIA – Professional Risk Managers’ International Association) tərəfindən akkreditasiyadan keçib.
“Tehsil365”Modern.az -a istinən xəbər verir ki, akkreditasiya çərçivəsində UNEC-in MBA proqramı üzrə tələbələri və məzunları PRM (Professional Risk Manager) beynəlxalq kvalifikasiyası üzrə ilk imtahandan azad olmaq, xüsusi güzəştlərdən yararlanmaq və əlavə peşəkar imkanlar qazanmaq hüququ əldə edirlər.
PRMIA akkreditasiyası tələbə və məzunların beynəlxalq səviyyədə tanınan peşəkar kvalifikasiyaya yiyələnməsini asanlaşdırmaqla yanaşı, onların maliyyə və risk menecmenti sahəsində karyera imkanlarını genişləndirir, əmək bazarında rəqabətqabiliyyətliliyini artırır.
Beynəlxalq akkreditasiya UNEC MBA proqramının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi və məzunların qlobal əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində mühüm addımdır.

