Təhsil 365 - Logo Mobile

Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış olub

8322.10.2026 - 14:10
Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış olub

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib.

“Tehsil365” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.

Qeyd edək ki, sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr olunub.

Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin olunması istiqamətində görülən işlər təqdim edilir.

Sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.

Leyla Əliyevaya İslam dünyasının görkəmli alimlərindən biri, hədis elminin ən nüfuzlu nümayəndələrindən olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, eləcə də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

Mircəfər Əyyubov:"Təsviri təbliğat sosyal şəbəkədə daha önəmli yer tutur"22.10.2026 - 15:53
UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq22.10.2026 - 15:51
Nazir: Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 15:45
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 15:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 15:12
Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib22.10.2026 - 15:09
Alman oxucularına “İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 15:07
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 15:05
Kolumbiyalı qonaqlar Azərbaycan Milli Kitabxanasına nəşrlər hədiyyə ediblər22.10.2026 - 15:03
Ankaradakı sərgidə səkkiz azərbaycanlı rəssam və heykəltaraşın əsərləri təqdim olunur22.10.2026 - 14:58
Ankarada Türk dünyasının tanınmış müğənnilərinin konserti olacaq22.10.2026 - 14:55
Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb22.10.2026 - 14:53
Səudiyyə Ərəbistanı Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunu təqdim edib22.10.2026 - 14:49
“Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb22.10.2026 - 14:47
Zahid Xəlil: Yeni nəşriyyatlar ilk işlərini uşaq ədəbiyyatına həsr edirlər22.10.2026 - 14:46
Əməkdar artist Nərgiz Əliyarova Kitoda solo konsert proqramı ilə çıxış edib22.10.2026 - 14:42
Moskvada Azərbaycana məxsus çay mədəniyyəti və qonaqpərvərlik ənənələri təqdim olunub22.10.2026 - 14:40
İxtisasartırma təlimlərinə start verilib22.10.2026 - 14:38
“Təbiətin izi ilə” adlı master-klass keçirilib22.10.2026 - 14:36
ADNSU-da “Pre-Demo Day” tədbiri keçirilib22.10.2026 - 14:34
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 14:30
Uşaqlara ana dilimizi sevdirən yeni layihəyə start verilib22.10.2026 - 14:28
Bir qrup müəllim Fəxri Fərmanla təltif olunublar22.10.2026 - 14:27
Bağçalarda sərbəst fəaliyyətin təşkili ilə bağlı məqamlar22.10.2026 - 14:24
Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 14:22
Qızların təhsilinə dəstək gələcək nəsillərin savadlı olmasına xidmət edir22.10.2026 - 14:21
Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb22.10.2026 - 14:19
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib22.10.2026 - 14:18
Dünya ölkələrində tələbələrin qayıb limiti - Müddətlər və qaydalar22.10.2026 - 14:16
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil22.10.2026 - 14:14
Sertifikatlaşdırmaya dair görüş keçirilib22.10.2026 - 14:12
Komitə sədrindən çağırış: Qızların təhsilinə dəstək imkanlarını genişləndirin22.10.2026 - 14:08
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 14:07
Dr. İlham Cavadov: “Uşaqda bu əlamətlər varsa, nevropatoloqa müraciət etmək lazımdır “22.10.2026 - 12:37
Onkoloji xəstəliklərlə bağlı maarifləndirmə məktəb və universitetlərdə genişləndirilməlidir – Onkoloq22.10.2026 - 12:26
Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi22.10.2026 - 11:45
Buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib - DİM22.10.2026 - 11:43
UNEC əcnəbi tələbələrin qəbulunda ən yüksək nəticəyə imza atıb22.10.2026 - 11:38
BMU-da “Kəlağayı” kolleksiyası Özbəkistanlı qonaqların iştirakı ilə təqdim edilib22.10.2026 - 11:33
Noyabrda 5 günlük tətil olacaq22.10.2026 - 11:31
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb22.10.2026 - 11:26
UNEC-in MBA proqramı PRMIA beynəlxalq akkreditasiyasını qazandı 22.10.2026 - 11:23
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb22.10.2026 - 11:20
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb22.10.2026 - 11:14
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir22.10.2026 - 11:12
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 10:04
Yazıçı Elxan Elatlı: “Şagirdlərə bədii ədəbiyyata maraq aşılanmır”22.10.2026 - 09:58