Təhsil 365 - Logo Mobile

Dünya ölkələrində tələbələrin qayıb limiti - Müddətlər və qaydalar

8322.10.2026 - 14:16
Dünya ölkələrində tələbələrin qayıb limiti - Müddətlər və qaydalar

Ali təhsil müəssisələrində tələbələrin dərslərdə iştirakını təmin etmək və akademik irəliləyişlərini qorumaq məqsədilə qayıb limitləri tətbiq olunur. Bu limitlər ölkələrə və universitetlərə, eləcə də ayrı-ayrı fənlərə görə dəyişir.

Bəs dünya ölkələrinin ali təhsil müəssisələrində tələbələr üçün qayıb limitləri necə müəyyənləşdirilir və dərslərdə iştirakla bağlı hansı qaydalar tətbiq olunur?

“Tehsil365” mövzu ilə bağlı araşdırma edib.

Fransa

Mühazirə dərslərində qayıb limiti tətbiq olunmur. Təcrübə və məşğələ dərslərində (TD) isə üzrsüz qayıb limiti maksimum 1 dəfədir. Tələbə ikinci dəfə üzrsüz dərs buraxdığı halda fəndən kənarlaşdırılır.

Almaniya

Dövlət universitetlərində tələbələrə təhsil proqramını başa çatdırmaq üçün nəzərdə tutulan müddətdən iki dəfə artıq vaxt verilir. Məsələn, 3 illik bakalavriat proqramı üzrə təhsil alan tələbə təhsilini maksimum 6 ilə tamamlaya bilər.

Qayıb limitini aşan tələbələr isə təhsil haqqını ödəməli və ya universitetdən xaric olunma riski ilə üzləşə bilərlər.

Türkiyə

Tələbələrə təhsil proqramı üçün nəzərdə tutulan müddətdən iki dəfə artıq vaxt ərzində təhsillərini başa çatdırmaq imkanı verilir. Məsələn, 4 illik proqram üzrə təhsil alan tələbə maksimum 8 il ərzində təhsilini tamamlamalıdır.

Müəyyən edilmiş müddət başa çatdıqdan sonra tələbənin həmin proqram üzrə təhsilini davam etdirmək hüququ sona çatır.

Finlandiya

Tələbələrə təhsil proqramı üçün nəzərdə tutulan müddətin 1,5-2 mislinə qədər vaxt ərzində təhsillərini tamamlamaq imkanı verilir. Bununla yanaşı, əsas diqqət təhsilin keyfiyyətinə və akademik tələblərin yerinə yetirilməsinə yönəldilir.

Dərslərdə çox iştirak etməyən və təhsilini uzadan tələbələrdən bəzi hallarda əlavə təhsil haqqı tələb oluna bilər.

Çin

Çində bakalavriat proqramları üzrə təhsil müddətinin uzadılması üçün müəyyən məhdudiyyətlər tətbiq olunur. Məsələn, 3 illik proqram üzrə təhsil müddəti 5 ilə qədər uzadıla bilər.

Müəyyən edilmiş müddət başa çatdıqda tələbənin qeydiyyatı ləğv edilə bilər.

Yaponiya

Yaponiyada bakalavriat tələbələrinə proqramın standart müddətindən iki dəfə artıq vaxt ərzində təhsillərini tamamlamaq imkanı verilə bilər.

Universitetlər tələbələrin akademik irəliləyişini mütəmadi izləyir.

Müəyyən edilmiş müddət ərzində təhsilini başa çatdıra bilməyən tələbələr xaric olunma riski ilə üzləşə bilərlər.

Amerika Birləşmiş Ştatları

ABŞ-də bütün universitetlər üçün vahid təhsil müddəti və qayıb limiti mövcud deyil.

Universitetlər tələbələrin akademik göstəricilərinə və topladıqları kreditlərə əsasən müəyyən tələblər müəyyənləşdirirlər.

Akademik nəticələri qənaətbəxş olmayan tələbələrə academic probation (akademik nəzarət) tətbiq edilə, vəziyyət dəyişmədikdə isə onların proqramda təhsili dayandırıla bilər..

Böyük Britaniya

Adətən bakalavr proqramları üçün təhsil müddətindən 2 il çox qayıb etmək mümkündür.

Təhsil müddətindən çox qayıb edən tələbələr əlavə ödənişlər və ya xaric edilmə riski ilə üzləşə bilərlər.

Asyat Abdurahmanova

Xəbər Lenti

Mircəfər Əyyubov:"Təsviri təbliğat sosyal şəbəkədə daha önəmli yer tutur"22.10.2026 - 15:53
UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq22.10.2026 - 15:51
Nazir: Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 15:45
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 15:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 15:12
Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib22.10.2026 - 15:09
Alman oxucularına “İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 15:07
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 15:05
Kolumbiyalı qonaqlar Azərbaycan Milli Kitabxanasına nəşrlər hədiyyə ediblər22.10.2026 - 15:03
Ankaradakı sərgidə səkkiz azərbaycanlı rəssam və heykəltaraşın əsərləri təqdim olunur22.10.2026 - 14:58
Ankarada Türk dünyasının tanınmış müğənnilərinin konserti olacaq22.10.2026 - 14:55
Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb22.10.2026 - 14:53
Səudiyyə Ərəbistanı Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunu təqdim edib22.10.2026 - 14:49
“Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb22.10.2026 - 14:47
Zahid Xəlil: Yeni nəşriyyatlar ilk işlərini uşaq ədəbiyyatına həsr edirlər22.10.2026 - 14:46
Əməkdar artist Nərgiz Əliyarova Kitoda solo konsert proqramı ilə çıxış edib22.10.2026 - 14:42
Moskvada Azərbaycana məxsus çay mədəniyyəti və qonaqpərvərlik ənənələri təqdim olunub22.10.2026 - 14:40
İxtisasartırma təlimlərinə start verilib22.10.2026 - 14:38
“Təbiətin izi ilə” adlı master-klass keçirilib22.10.2026 - 14:36
ADNSU-da “Pre-Demo Day” tədbiri keçirilib22.10.2026 - 14:34
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 14:30
Uşaqlara ana dilimizi sevdirən yeni layihəyə start verilib22.10.2026 - 14:28
Bir qrup müəllim Fəxri Fərmanla təltif olunublar22.10.2026 - 14:27
Bağçalarda sərbəst fəaliyyətin təşkili ilə bağlı məqamlar22.10.2026 - 14:24
Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 14:22
Qızların təhsilinə dəstək gələcək nəsillərin savadlı olmasına xidmət edir22.10.2026 - 14:21
Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb22.10.2026 - 14:19
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib22.10.2026 - 14:18
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil22.10.2026 - 14:14
Sertifikatlaşdırmaya dair görüş keçirilib22.10.2026 - 14:12
Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış olub22.10.2026 - 14:10
Komitə sədrindən çağırış: Qızların təhsilinə dəstək imkanlarını genişləndirin22.10.2026 - 14:08
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 14:07
Dr. İlham Cavadov: “Uşaqda bu əlamətlər varsa, nevropatoloqa müraciət etmək lazımdır “22.10.2026 - 12:37
Onkoloji xəstəliklərlə bağlı maarifləndirmə məktəb və universitetlərdə genişləndirilməlidir – Onkoloq22.10.2026 - 12:26
Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi22.10.2026 - 11:45
Buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib - DİM22.10.2026 - 11:43
UNEC əcnəbi tələbələrin qəbulunda ən yüksək nəticəyə imza atıb22.10.2026 - 11:38
BMU-da “Kəlağayı” kolleksiyası Özbəkistanlı qonaqların iştirakı ilə təqdim edilib22.10.2026 - 11:33
Noyabrda 5 günlük tətil olacaq22.10.2026 - 11:31
Rektor PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb22.10.2026 - 11:26
UNEC-in MBA proqramı PRMIA beynəlxalq akkreditasiyasını qazandı 22.10.2026 - 11:23
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb22.10.2026 - 11:20
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb22.10.2026 - 11:14
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir22.10.2026 - 11:12
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 10:04
Yazıçı Elxan Elatlı: “Şagirdlərə bədii ədəbiyyata maraq aşılanmır”22.10.2026 - 09:58