“Sosial şəbəkələr insanların həm düşüncəsinə, həm də düşünce materialına, təsir göstərir.Yəni insanların düşünməsi üçün matriyal verir.Düşünmə tərzini yönləndirir, həm həyat tərzi ilə əlaqədar ya vəsvəsə edir, ya da yaxşılığa təşviq edir”
Bu fikirləri “Tehsil365”ə açıqlamasında Mircəfər Əyyubov deyib.
Onun sözlərinə görə,yəni sosyal şəbəkə məfhumu mücərrəd məfhumdur.
“Söhbət sosial şəbəkədəki aktivlərdən gedir. Sosyal şəbəkənin insanların ayrı-ayrı fərdlərindən əsas fərqi odur ki, bir insana bir ya bir neçə insan rast gələndə nəsə təsir edə bilir, təşviq edə bilir ya yaxşılığa, ya pisliyə, və ya münasib zəmin olanda bunu edə bilir, və ya nüfuz dairəsində olanda bunu edə bilir. Amma sosyal şəbəkələrdə bunlar geniş miqyasda olur”-deyə ilahiyyatcı bildirib.
Mircəfər Əyyubov qeyd edib ki,bir insana bir neçə təsir dairəsi təsir göstərə bilir. TikTok'a girirsən, qısa metrajlı, yüzlərlə, minlərlə, milyonlarla informasiya səni təsirə məruz qoya bilir. Instagram', Facebook Google Telegram və s.Yənihara daxil olsan, bir fərdə birdən çox adam, birdən çox düşüncə təsir göstərə bilir.
Təkcə bir fərdə yox, milyonlarla fərdə, milyonlarla insan təsir göstərə bilir. Bir fərd milyonlarla insana təsir göstərə bilir.
“Sosial şəbəkədəki təbliğatın fiziki təbliğatdan fərqi odur ki, sosyal şəbəkədə vaxt məhdudiyyəti yoxdur. Gecə, gündüz təsir göstərə bilir. İnsanın əsəbi, sevincli, dərdli halına təsir göstərə bilir .Bir sözlə, məhdudiyyətsiz formada insanlara təsir göstərə bilirlər”deyə o bildirib.
“Təsviri təbliğat sosyal şəbəkədə daha önəmli yer tutur. Turizm, səyahət məqsədilə harasa gedib və getdiyi yeri, restoranı, əyləncəni, komfortu sosial şəbəkədə paylaşır. Yüzlərlə, minlərlə, milyonlarla ailə bunu görür. Heç olmasa bir və ya bir neçəsində intriqa yaranır.Bu və bu kimi misallardan yüzlərlə, minlərlə çəkmək olar. sosial şəbəkədən düzgün istifadə olunsa, Allah təalanın misilsiz nemətidir. Sosial şəbəkədən yanlış istifadə olunsa, şeytanın çox büyük təbliğat vasitəsidir”deyə ilahiyyatcı fikirlərini yekunlaşdırıb.

