“Qarabağ Universitetinin bir sıra fakültələrinin maddi-texniki bazasının gücləndirilməsi və infrastrukturunun genişləndirilməsi üçün ümumi dəyəri 25,6 milyon manata yaxın olan iki satınalma proseduru elan edilib”.
“Tehsil365” xəbər verir ki, satınalmalar universitetin tibb, turizm, pedaqogika və təbiət elmləri fakültələrinin mebel və avadanlıqlarla təmin edilməsini nəzərdə tutur.
Məlumata görə, tibb və turizm fakültələri üzrə satınalmanın ehtimal olunan qiyməti 15 milyon 822 min manatdan çox, tibb, pedaqogika və təbiət elmləri fakültələri üzrə isə 9 milyon 835 min manatdan çox müəyyənləşdirilib.
İki satınalmanın ümumi ehtimal olunan dəyəri 25 milyon 657 min 998 manat təşkil edir.
Satınalmalar universitetin müvafiq fakültələrinin maddi-texniki imkanlarının genişləndirilməsinə və tədris şəraitinin yaxşılaşdırılmasına yönəlib.

