Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi “PAŞA Holdinq”in təşkil etdiyi “Əlaçı” təqaüd proqramının 2026–2027-ci tədris ili üzrə qalibləri seçilib.
“Tehsil365” bildirir ki, AzTU-dan AZƏRTAC-a bildirilib ki, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri Yusif Əliyev və Nicat Allahverdiyev proqramın qalibləri sırasında yer alıblar.
“Əlaçı” təqaüd proqramı III və IV kurs bakalavriat tələbələrini əhatə edir və qaliblərə aylıq təqaüd verilməsini nəzərdə tutur. Proqram çərçivəsində tələbələrin peşəkar və fərdi inkişafını dəstəkləmək məqsədilə müxtəlif tədbirlər və təlimlər də təşkil olunur.
Artıq beşinci dəfə həyata keçirilən proqramda ötən beş il ərzində 500-dən çox tələbə iştirak edib. 2026–2027-ci tədris ili üzrə proqrama müraciət edənlərin sayı 3 mini ötüb. Onlardan 100 nəfər seçim mərhələlərini uğurla keçərək proqramın qalibi olub.

