Təhsil 365 - Logo Mobile

Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

3222.10.2026 - 17:32
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

”Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib”.

“Tehsil365” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyəti və əsas inkişaf istiqamətləri barədə məlumat verib. O, Dövlət Proqramının Babək rayonunda aqrar sahənin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafael Quliyev aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışaraq kənd təsərrüfatının sosial-iqtisadi inkişafda mühüm rol oynadığını və Dövlət Proqramının hədəflərinin reallaşdırılması üçün nazirliyin qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib. O, məhdud torpaq və su resurslarına baxmayaraq, muxtar respublikanın iqlim şəraiti, coğrafi mövqeyi və aqrar potensialının taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və heyvandarlığın inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhame Qədimova Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirib ki, proqram çərçivəsində bitkiçilik və heyvandarlıq sahələrində istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və aqrar istehsalın dayanıqlığının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Nazir müavini Naxçıvan Muxtar Respublikası üzrə planlaşdırılan tədbirlərə toxunaraq, fermerlərin subsidiyalar, güzəştli şərtlərlə təqdim olunan kənd təsərrüfatı texnikası və avadanlıqları, aqrar sığorta və digər dövlət dəstəyi mexanizmlərindən istifadə imkanlarını diqqətə çatdırıb.

İlhame Qədimova qeyd edib ki, Aqrar Subsidiya Şurasının 7 sentyabr 2026-cı il tarixli qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələri üzrə subsidiya mexanizmləri yenilənib, fermerlər üçün dəstək şərtlərində dəyişikliklər edilib. Yeniliklər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, emal və ixrac yönümlü istehsalın təşviqinə, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasına və ərzaq təminatının gücləndirilməsinə xidmət edir.

Müşavirədə Dövlət Proqramının əsas müddəaları, aqrar sahənin inkişafı üzrə prioritetlər və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin sahibkarların investisiya fəallığının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və regionun aqrar potensialının reallaşdırılması məsələlərinə toxunulub.

Sonda Naxçıvanda fermer və sahibkarların fəaliyyəti ilə bağlı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, onların sualları cavablandırılıb.


Xədicə Hüseyn

Xəbər Lenti

Pərvanə Rüstəmova: “Xərçəng diaqnozu ümidsizlik demək deyil” 22.10.2026 - 19:37
NDU-da birinci kurslar voleybolda yarışır22.10.2026 - 19:10
ADNSU tələbələri istehsalat prosesi ilə yaxından tanış olublar22.10.2026 - 19:03
ADNSU Madriddə konfransda təmsil olunub22.10.2026 - 18:58
ADNSU-da ünsiyyət təlimi keçirilib22.10.2026 - 18:52
ADNSU-da açıq məlumatlar mövzusunda təlim baş tutub22.10.2026 - 18:49
ADNSU-da təlim keçirilib22.10.2026 - 18:43
ADNSU Bişkekdə təhsil sərgisində olub22.10.2026 - 18:38
ADNSU Qırğızıstanda görüş keçirib 22.10.2026 - 18:27
ADU-da ekoturizm tədbiri baş tutub22.10.2026 - 18:22
ADU-da rus yazıçıları görüş keçirilib22.10.2026 - 18:19
ADU-da psixoloji dayanıqlılıq təlimi baş tutub22.10.2026 - 18:10
ATU-nun elmi uğuru: tədqiqat İspaniyada mükafat qazandı22.10.2026 - 18:01
Xəzər Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 17:57
Molekulyar Biologiya İnstitutunun əməkdaşının rəhbərlik etdiyi komanda hakatonda I yeri tutub22.10.2026 - 17:55
WCU tələbələri tələbələri “Caspian Construction Week" sərgisində iştirak edblər.22.10.2026 - 17:52
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunur22.10.2026 - 17:52
Perunun “larazon.pe” portalında Qarabağ xalçası təqdim olundu22.10.2026 - 17:46
Azərbaycanda internetin sürəti 7 dəfə artıb22.10.2026 - 17:44
Azərbaycan ICOMOS Baş Assambleyasına ev sahibliyi edəcək22.10.2026 - 17:42
Bakıda Zeytun Festivalı keçiriləcək22.10.2026 - 17:37
Həcc ziyarətinə sənəd qəbulu kvota dolanadək davam edəcək 22.10.2026 - 17:34
Ləğv edilən institutun tələbələri ilə bağlı komissiya yaradılacaq22.10.2026 - 17:26
AzTu tələbələri “Əlaçı” -nın qalibi oldular22.10.2026 - 17:16
Azərbaycanlı alim Oksford Universitetinin mükafatına layiq görülüb22.10.2026 - 17:11
Zahid Xəlil: “Yeni nəşriyyatlar ilk işlərini uşaq ədəbiyyatına həsr edirlər”22.10.2026 - 17:08
Azərbaycan və İtaliya kritik xammal üzrə strateji əməkdaşlıq sənədi imzalayıb22.10.2026 - 17:01
DİM “Abituriyent imtahanı necə qavrayır?”adlı sorğu keçirdib22.10.2026 - 17:00
Gündüz İsmayılov:” İslamın məqsədlərini müzakirə etmirik”22.10.2026 - 16:55
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub22.10.2026 - 16:38
Qarabağ Universiteti üçün 25,6 milyon manat ayrılır22.10.2026 - 16:31
QHT-lər üçün 30 min manatlıq qrant müsabiqəsi elan edildi22.10.2026 - 16:20
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır22.10.2026 - 16:09
Mircəfər Əyyubov:"Təsviri təbliğat sosyal şəbəkədə daha önəmli yer tutur"22.10.2026 - 15:53
UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq22.10.2026 - 15:51
Nazir: Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 15:45
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 15:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 15:12
Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib22.10.2026 - 15:09
Alman oxucularına “İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 15:07
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 15:05
Kolumbiyalı qonaqlar Azərbaycan Milli Kitabxanasına nəşrlər hədiyyə ediblər22.10.2026 - 15:03
Ankaradakı sərgidə səkkiz azərbaycanlı rəssam və heykəltaraşın əsərləri təqdim olunur22.10.2026 - 14:58
Ankarada Türk dünyasının tanınmış müğənnilərinin konserti olacaq22.10.2026 - 14:55
Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb22.10.2026 - 14:53
Səudiyyə Ərəbistanı Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunu təqdim edib22.10.2026 - 14:49
“Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb22.10.2026 - 14:47