“Bakıda dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans keçirilir. Tədbirdə maliyyə məlumatlarının idarə edilməsi, rəqəmsal sistemlərin inteqrasiyası və dövlət maliyyə əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsi məsələləri müzakirə olunur”.
“Tehsil365” xəbər verir ki, Konfrans Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirdə dövlət qurumlarının, özəl sektorun və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.
Müzakirələrdə rəqəmsal infrastrukturun inkişafı, maliyyə məlumatlarının təhlili, risklərin vaxtında aşkarlanması və dövlət vəsaitlərinin idarə edilməsində şəffaflığın artırılması məsələlərinə də diqqət yetirilir.

