“Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının böyük laborantı Süleyman Hacızadənin rəhbəri olduğu “InvestArea” komandası “Qarabağ Hakatonu 2026” yarışmasında I yerə layiq görülüb”.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a insitutdan bildirilib. Qeyd olunub ki, komandanın təqdim etdiyi “InvestArea” mövzusunda layihə Qarabağ və Şərqi Zəngəzur ərazilərində aqrar investisiyaların təşviqinə yönəlməklə, torpaq sahələrinin və aqroekoloji göstəricilərin rəqəmsal qiymətləndirilməsini nəzərdə tutan innovativ platforma prototipini əhatə edir.

