Oktyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin II kurs 260A və 260B qrup tələbələri ilə “Azərbaycanda ekoturizmin inkişafı xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbirdə ilk olaraq Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova “Ekoturizm anlayışı, Azərbaycanın ekoturizm potensialı və xüsusi qorunan ərazilər” mövzusunda çıxış edib.
Daha sonra kafedranın dosenti Günəş Ağakişiyeva “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” mövzusunda çıxış edib.
Tədbir çərçivəsində tələbələr “Ekokənd anlayışı və Azərbaycanda ekokəndlərin yaradılması”, “Azərbaycanda ağıllı şəhər və kənd konsepsiyası”, “Azərbaycanda mövcud olan aqroturizm, ekoparklar” mövzularında təqdimatlar ediblər.
Daha sonra Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, bu sahədə mövcud olan beynəlxalq təcrübə barədə tələbələrə məlumat verib.
Sonda tələbələr Azərbaycanda yeni ekoturizm marşrutlarının və yeni kənd turizmi növlərinin yaradılması ilə bağlı qrup işi həyata keçiriblər.

