Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə “Bina mühəndis və idarəetmə sistemlərinin idarə edilməsi” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, Təlim “Paşa Property Management” şirkətinin istismar xidmətləri üzrə meneceri Nəbi Mahmudov tərəfindən aparılıb.
Təlimdə iştirakçılara binalarda mühəndis və idarəetmə sistemlərinin istismarı, onların idarə olunmasının əsas prinsipləri, eləcə də elektrik təsərrüfatının təşkili və idarə edilməsi barədə məlumat verilib. Həmçinin bina sistemlərinin səmərəli istismarı, texniki xidmət proseslərinin təşkili və bu sahədə diqqət yetirilməli məqamlar müzakirə olunub.
Təlim iştirakçılara mühəndis sistemlərinin idarə edilməsinə dair praktiki biliklərini artırmaq, peşəkar yanaşmalarla tanış olmaq və real iş mühitində tətbiq olunan təcrübələri öyrənmək imkanı yaradıb.

