Təhsil 365 - Logo Mobile

ADNSU-da açıq məlumatlar mövzusunda təlim baş tutub

2322.10.2026 - 18:49
ADNSU-da açıq məlumatlar mövzusunda təlim baş tutub

Oktyabrın 21-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşlığı ilə açıq məlumatlar mövzusunda təlim keçirilib.

“Tehsil365” xəbər verir ki, Tədbirdə ADNSU-nun Startup və Texnologiya Transferi Ofisinin müdiri Əhməd Əhmədzadə çıxış edərək açıq məlumatların elmi tədqiqatlarda, innovativ həllərin hazırlanmasında və universitet–sənaye əməkdaşlığının inkişafında rolunu vurğulayıb. O, bu cür təşəbbüslərin tələbə və tədqiqatçıların məlumat əsaslı layihələr hazırlamaq imkanlarını genişləndirdiyini və universitetin innovasiya potensialına töhfə verdiyini bildirib.

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Xanım Rəhmanova açıq məlumat anlayışı, beynəlxalq təcrübə, Azərbaycanda açıq məlumatlar ekosistemi və bu sahənin hüquqi-institusional çərçivəsi barədə təqdimatla çıxış edib. O, həmçinin açıq məlumatların innovasiyaların inkişafında, data əsaslı qərarvermədə, eləcə də dövlət və özəl sektorda sosial-iqtisadi inkişafın dəstəklənməsində rolundan bəhs edib.

Təlim çərçivəsində açıq məlumatlardan elmi tədqiqatlarda, tədris prosesində və innovativ layihələrin hazırlanmasında istifadə imkanları müzakirə olunub. İştirakçılar məlumatların əlçatanlığı, keyfiyyəti, yenilənmə tezliyi və istifadəsi zamanı qarşıya çıxan çətinliklərlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, açıq məlumatlar əsasında yeni tətbiq, məhsul və xidmətlərin hazırlanması, universitet və Agentlik arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi universitetin akademik və innovasiya icmasının açıq məlumatlara olan ehtiyaclarını müəyyənləşdirmək, bu məlumatlardan səmərəli istifadə imkanlarını araşdırmaq və açıq məlumatlar sahəsində əməkdaşlığın inkişafına dəstək vermək olub.

Fidan Abışova

Xəbər Lenti

Pərvanə Rüstəmova: “Xərçəng diaqnozu ümidsizlik demək deyil” 22.10.2026 - 19:37
NDU-da birinci kurslar voleybolda yarışır22.10.2026 - 19:10
ADNSU tələbələri istehsalat prosesi ilə yaxından tanış olublar22.10.2026 - 19:03
ADNSU Madriddə konfransda təmsil olunub22.10.2026 - 18:58
ADNSU-da ünsiyyət təlimi keçirilib22.10.2026 - 18:52
ADNSU-da təlim keçirilib22.10.2026 - 18:43
ADNSU Bişkekdə təhsil sərgisində olub22.10.2026 - 18:38
ADNSU Qırğızıstanda görüş keçirib 22.10.2026 - 18:27
ADU-da ekoturizm tədbiri baş tutub22.10.2026 - 18:22
ADU-da rus yazıçıları görüş keçirilib22.10.2026 - 18:19
ADU-da psixoloji dayanıqlılıq təlimi baş tutub22.10.2026 - 18:10
ATU-nun elmi uğuru: tədqiqat İspaniyada mükafat qazandı22.10.2026 - 18:01
Xəzər Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 17:57
Molekulyar Biologiya İnstitutunun əməkdaşının rəhbərlik etdiyi komanda hakatonda I yeri tutub22.10.2026 - 17:55
WCU tələbələri tələbələri “Caspian Construction Week" sərgisində iştirak edblər.22.10.2026 - 17:52
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunur22.10.2026 - 17:52
Perunun “larazon.pe” portalında Qarabağ xalçası təqdim olundu22.10.2026 - 17:46
Azərbaycanda internetin sürəti 7 dəfə artıb22.10.2026 - 17:44
Azərbaycan ICOMOS Baş Assambleyasına ev sahibliyi edəcək22.10.2026 - 17:42
Bakıda Zeytun Festivalı keçiriləcək22.10.2026 - 17:37
Həcc ziyarətinə sənəd qəbulu kvota dolanadək davam edəcək 22.10.2026 - 17:34
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib22.10.2026 - 17:32
Ləğv edilən institutun tələbələri ilə bağlı komissiya yaradılacaq22.10.2026 - 17:26
AzTu tələbələri “Əlaçı” -nın qalibi oldular22.10.2026 - 17:16
Azərbaycanlı alim Oksford Universitetinin mükafatına layiq görülüb22.10.2026 - 17:11
Zahid Xəlil: “Yeni nəşriyyatlar ilk işlərini uşaq ədəbiyyatına həsr edirlər”22.10.2026 - 17:08
Azərbaycan və İtaliya kritik xammal üzrə strateji əməkdaşlıq sənədi imzalayıb22.10.2026 - 17:01
DİM “Abituriyent imtahanı necə qavrayır?”adlı sorğu keçirdib22.10.2026 - 17:00
Gündüz İsmayılov:” İslamın məqsədlərini müzakirə etmirik”22.10.2026 - 16:55
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub22.10.2026 - 16:38
Qarabağ Universiteti üçün 25,6 milyon manat ayrılır22.10.2026 - 16:31
QHT-lər üçün 30 min manatlıq qrant müsabiqəsi elan edildi22.10.2026 - 16:20
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır22.10.2026 - 16:09
Mircəfər Əyyubov:"Təsviri təbliğat sosyal şəbəkədə daha önəmli yer tutur"22.10.2026 - 15:53
UNESCO: 2030-cu ilədək dünyada daha 50 milyon müəllim lazım olacaq22.10.2026 - 15:51
Nazir: Qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram22.10.2026 - 15:45
Nazir məktəbin pedaqoji kollektivi ilə görüşüb22.10.2026 - 15:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 15:12
Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib22.10.2026 - 15:09
Alman oxucularına “İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 15:07
Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 15:05
Kolumbiyalı qonaqlar Azərbaycan Milli Kitabxanasına nəşrlər hədiyyə ediblər22.10.2026 - 15:03
Ankaradakı sərgidə səkkiz azərbaycanlı rəssam və heykəltaraşın əsərləri təqdim olunur22.10.2026 - 14:58
Ankarada Türk dünyasının tanınmış müğənnilərinin konserti olacaq22.10.2026 - 14:55
Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb22.10.2026 - 14:53
Səudiyyə Ərəbistanı Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunu təqdim edib22.10.2026 - 14:49
“Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb22.10.2026 - 14:47