Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ötən gecə yağan güclü yağışlar Dırnıs və Kələki kəndlərində selə səbəb olub.
“Tehsil365” APA-ya istinadən xəbər verir ki, sel nəticəsində yaşayış evlərinə, təsərrüfat sahələrinə və avtomobillərə ziyan dəyib.
Hazırda Ordubad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Selin yaratdığı fəsadların aradan qaldırılması, vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
09.59
Ordubadda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs, Kələki, Anaqut kəndinlərində yağan yağışdan sonra daşqın olub.
Sel kəndlərdə fəsadlara yol açıb. Kələki kəndində stadionu sel basıb

