Təhsil 365 - Logo Mobile

Kimya İnstitutunun doktorantlarının elmmetrik göstəriciləri müzakirə olunub

4523.10.2026 - 08:15
Kimya İnstitutunun doktorantlarının elmmetrik göstəriciləri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda təhsilini davam etdirən doktorantlarla görüş keçirilib. Görüşün məqsədi doktorantların elmi fəaliyyətini əks etdirən elmmetrik göstəricilərinin, eləcə də elmi fəaliyyətlərinə maneə olan problemlərin müzakirəsi və  operativ həllinə nail olunması üçün işlək bir mexanizmin yaradılması olub.

“Tehsil365” xəbər verir ki, İnstitutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev çıxış edərək elmi müəssisənin əsas fəaliyyət istiqamətlərinin fundamental tədqiqatlarla Azərbaycan elminin dünya elminə inteqrasiyası, innovativ elmi nəticələrin sənayeyə tətbiqi ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, yüksəkixtisaslı kadrların hazırlığı ilə universitetlərin, sənaye müəssisələrinin və elmi tədqiqat institutlarının özlərinin elmi kadrlara olan tələbatını ödəmək olduğunu diqqətə çatdırıb.

Doktorantura və dissertantura səviyyəsində kadr hazırlığının vəziyyətinin qənaətbəxş olmadığını təəssüflə vurğulayan Əfsun Sucayev hazırda Kimya İnstitutunda peşəkar gənc kadrların çatışmadığını qeyd edib, bu sahədə aparılan islahatlarda kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi elm və ali təhsil müəssisələrində doktorantura təhsilinə fərqli yanaşmaların tətbiqi mexanizmi üzərində diqqətlə çalışır. Əfsun Sucayev doktorantlardan elmi fəaliyyətlərində daha innovativ olmalarını, həm məşğul olduqları elmi tədqiqat, istərsə də elmin idarəedilməsində təşəbbüskar, yeni ideyalarla çıxş etmələrinin tərəfdarı olduğunu bildirib.

İnstitut rəhbəri doktorantların elmi fəaliyyətinin sitat, nəşr aktivliyi və digər kəmiyyət-keyfiyyət göstəricilərini özündə əks etdirən elmmetrik göstəricilər əsasında qiymətləndirilməsi üçün vahid rəqəmsal profil infrastrukturunun yaradılmasının, beynəlxalq bazalara inteqrasiya və şəffaf bal-kriteriya sisteminin tətbiqinin genişləndirilməsinin lazımlı olduğunu qeyd edib. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi işçilər üçün müəyyənləşdirdiyi “maddi mükafat” mexanizmindən doktorantların da yararlana bilməsinin onların elmə həvəsləndirilməsində həlledici rol oynaya biləcəyini vurğulayıb.

İnstitut rəhbəri bu amili nəzərə alaraq hazırda təhsilini davam etdirən doktorantların elmi fəaliyyətinin təhlil edildiyini, elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik meyarların əsas götürüldüyünü diqqətə çatdırıb. Bu məqsədlə doktorantların dərc etdirdikləri elmi əsərlərin mövcud vəziyyətinin araşdırıldığını, ortaya çıxan mənzərənin acınacaqlı olduğunu narahatlıqla ifadə edib.

Professor həmçinin maddi dəstək, elmə daha çox maraq göstərmək nəzər-nöqtəsindən elmi nəticələri qənaətbəxş olan doktorantların laboratoriyalarda müvafiq işlə təmin edildiyini də bildirib.

Görüşdə hər bir doktorantın təklifləri dinlənilib, onların elmi fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.

Nuranə Mərdiyeva

Xəbər Lenti

“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Məzunların 3,2 faizi ixtisası sırf öz marağına görə seçib - DİM sədri23.10.2026 - 11:16
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur23.10.2026 - 10:09
Teatr yazı müsabiqəsinin qalibləri müəyyən olunub23.10.2026 - 10:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində Venesuelanın milli rəqsi təqdim olunub23.10.2026 - 10:03
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləş-mob təşkil olunub23.10.2026 - 09:58
LDU-da təhsil tələbə kreditlərinə dair maarifləndirici sessiya keçirilib23.10.2026 - 09:53
Şəkidə intellektual bilik yarışı keçirilib23.10.2026 - 09:52
ADNSU nümayəndələri Ala-Too Universitetinin rəhbərliyi ilə görüşüblər23.10.2026 - 09:50
"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur23.10.2026 - 09:48
Təhsilə 5,1 milyard manat ayrılır - Məktəbəqədər, ümumi və ali təhsilin payı23.10.2026 - 09:46
Azərbaycanda yuxarı sinif şagirdlərinin sayı artıb23.10.2026 - 09:45
Bu ölkədə yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib23.10.2026 - 09:43
Deputat: "Müəllimin hər şagirdə ayırmağa cəmi 30 saniyə vaxtı qalır"23.10.2026 - 09:42
Peşə təhsilində beynəlxalq standartlar: 45 ölkədən birgə təşəbbüs23.10.2026 - 09:40
"20 Sentyabr" metrostansiyası gələn il istismara veriləcək23.10.2026 - 09:38
Sabah bəzi yerlərdə yağış yağacaq23.10.2026 - 09:36
Samanyolu qalaktikasında sirli radio mənbəyi aşkarlanıb23.10.2026 - 09:34
Azərbaycan dili və ədəbiyyat dərslikləri - Dizayn yaxşılaşıb, çatışmazlıqlar qalır23.10.2026 - 09:33
DİM General Test imtahanı keçirib23.10.2026 - 09:31
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib 23.10.2026 - 09:29
İnşaat Kolleci ilə Çin kollecindən Anlaşma Memorandum imzalanıb23.10.2026 - 09:23
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 09:22
Ordubadda güclü yağış fəsadlar törədib23.10.2026 - 08:01
"Həzi Aslanov” metrostansiyasının dalan yolları yaxın günlərdə istismara veriləcək23.10.2026 - 07:57
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar23.10.2026 - 07:55
Pərvanə Rüstəmova: “Xərçəng diaqnozu ümidsizlik demək deyil” 22.10.2026 - 19:37
NDU-da birinci kurslar voleybolda yarışır22.10.2026 - 19:10
ADNSU tələbələri istehsalat prosesi ilə yaxından tanış olublar22.10.2026 - 19:03
ADNSU Madriddə konfransda təmsil olunub22.10.2026 - 18:58
ADNSU-da ünsiyyət təlimi keçirilib22.10.2026 - 18:52
ADNSU-da açıq məlumatlar mövzusunda təlim baş tutub22.10.2026 - 18:49
ADNSU-da təlim keçirilib22.10.2026 - 18:43
ADNSU Bişkekdə təhsil sərgisində olub22.10.2026 - 18:38
ADNSU Qırğızıstanda görüş keçirib 22.10.2026 - 18:27
ADU-da ekoturizm tədbiri baş tutub22.10.2026 - 18:22
ADU-da rus yazıçıları görüş keçirilib22.10.2026 - 18:19
ADU-da psixoloji dayanıqlılıq təlimi baş tutub22.10.2026 - 18:10
ATU-nun elmi uğuru: tədqiqat İspaniyada mükafat qazandı22.10.2026 - 18:01
Xəzər Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur22.10.2026 - 17:57
Molekulyar Biologiya İnstitutunun əməkdaşının rəhbərlik etdiyi komanda hakatonda I yeri tutub22.10.2026 - 17:55