"Bir müəllimə dərs saatı ərzində şagirdlə maraqlanmaq üçün 30 saniyə vaxt tələb olunur".
“Tehsil365” “AzEdu.az” a istinadən xəbər xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, müəllim üçün əlavə vaxt qalmır:
"Bu məktəbdə uşağı necə savadlı, hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür? Məktəbin idman zalı 25 kvadratmetrdir, hündürlüyü 3 metr. Bu idman zalında hansı idman vərdişlərini məktəb dövründə əldə etmək mümkündür? Bununla bağlı baş nazirə məktub ünvanlamışam və öz təkliflərimi vermişəm. Bir məktəbin nümunəsində dedim, çox sayda belə məktəb var. Bakı şəhərində bu problem həllini mütləq tapmalıdır".

