2027-ci il dövlət büdcəsindən təhsil sahəsinə 5 098 986 361,0 manat ayrılması nəzərdə tutulur.
“Tehsil365” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, məktəbəqədər təhsilə 434 773 917,0 manat, ümumi təhsilə 2 185 406 764,0 manat, peşə təhsilinə 115 405 379,0 manat, orta ixtisas təhsilinə 102 106 990,0 manat, ali təhsilə 240 553 245,0 manat, əlavə təhsilə 17 366 617,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 8 259 199,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə isə 1 995 114 250,0 manat ayrılması planlaşdırılır.
Elm istiqaməti üzrə isə 257 920 835,0 manat ayrılması nəzərdə tutulur.

