Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında akademik əməkdaşlığın inkişafı müzakirə olunub.
“Tehsil365”"Report" -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ekvadordakı səfiri Rəşad Novruz "X" sosial şəbəkə hesabında paylaşım edib.
Diplomat universitetin rektoru Patrisio Espinoza del Pozonun onu səmimi qarşılamasına görə təşəkkürünü bildirib və görüşün yeni layihələr, təşəbbüslər və akademik tərəfdaşlıq imkanları üçün zəmin yaradacağına ümidvar olduğunu qeyd edib.
O, təhsil sahəsində beynəlxalq tərəfdaşlıqların inkişafının gələcəyə sərmayə qoymaq baxımından əhəmiyyətini vurğulayıb.

