Təhsil 365 - Logo Mobile

NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub

2023.10.2026 - 16:35
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub

“Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və universitetin nümayəndə heyəti Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Şanxay Mühəndislik Elmləri Universitetinin (Shanghai University of Engineering Science) rəhbərliyi ilə görüş keçirib“.

“Tehsil365” xəbər verir ki, Görüşdə iki universitet arasında təhsil, elmi tədqiqat, innovasiya və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər Naxçıvan Dövlət Universitetində HSK – Çin dili üzrə beynəlxalq səviyyə imtahanı mərkəzinin yaradılması, eləcə də Çin dili üzrə hazırlıq imkanlarının genişləndirilməsi məsələlərinə toxunublar. Təşəbbüsün həyata keçirilməsi Naxçıvanda bu sahədə ilk addım olmaqla, NDU-da HSK imtahanlarının təşkili və Çin dili üzrə hazırlıq prosesinin həyata keçirilməsinə imkan yaradacaq.

Əməkdaşlığın digər istiqamətləri sırasında süni intellekt, dizayn və bərpa olunan enerji sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması məsələləri yer alıb. Bu sahələrdə birgə təhsil proqramlarının hazırlanması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin NDU tələbələrinin Şanxayda keçiriləcək yay məktəblərində iştirakı ilə bağlı imkanlar nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər tələbələrin beynəlxalq təcrübəsinin artırılmasına, müəllimlərin akademik əlaqələrinin genişləndirilməsinə və hər iki universitetin elmi potensialının inkişafına töhfə verə bilər.

Şanxay Mühəndislik Elmləri Universiteti əsasən mühəndislik, tətbiqi texnologiyalar və dizayn sahələri üzrə ixtisaslaşır. Universitetin güclü istiqamətlərinə avtomobil və maşınqayırma mühəndisliyi, elektrik-elektronika, kompüter elmləri, aviasiya və dəmir yolu nəqliyyatı, enerji texnologiyaları və yaradıcı dizayn daxildir. Tədrisdə praktiki hazırlığa, sənaye ilə əməkdaşlığa və innovasiyalara xüsusi önəm verilir.

Şanxay dünyanın aparıcı maliyyə, ticarət, texnologiya və innovasiya mərkəzlərindən biri olmaqla, Çinin beynəlxalq iqtisadi əlaqələrində, elmi-texnoloji inkişafında və ali təhsil sahəsində mühüm strateji əhəmiyyətə malikdir. Şəhər həmçinin dünya universitetlərinin elmi fəaliyyət göstəricilərini qiymətləndirən nüfuzlu Şanxay reytinqinin (Academic Ranking of World Universities – ARWU) yarandığı mərkəz kimi beynəlxalq ali təhsil məkanında xüsusi yer tutur.

Görüşdən sonra NDU nümayəndə heyəti Şanxay Mühəndislik Elmləri Universitetinin kampusu, tədris və tədqiqat infrastrukturu, müasir laboratoriyaları və ixtisaslaşmış fakültələri ilə tanış olub. Universitetin təhsil və elmi fəaliyyətinin təşkili, sənaye ilə əlaqələri və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə məlumat verilib.

Səfər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması və birgə təhsil proqramlarının yaradılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər müzakirə olunan istiqamətlər üzrə əməkdaşlıq imkanlarının gələcəkdə konkret təşəbbüslər və birgə layihələr vasitəsilə inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Xədicə Hüseyn

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03