Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin icrası üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum kimi müəyyən edilib. Strategiyanın icrası çərçivəsində Mərkəz tərəfindən 2026-cı ilin sonunadək Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdiriləcək.
“Tehsil365” xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi öz rəsmi hesabında məlumat yayımlayım.
20–23 oktyabr 2026-cı il tarixlərində Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarında qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı iştirakçılara qeyd olunan mövzular üzrə məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

