Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib

4823.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib

Dövlət İmtahan Mərkəzində 2026-cı il 19-23 oktyabr tarixlərində Azərbaycan dili, ingilis dili, informatika, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodik seminarlar keçirilib. Seminarlarda gündəlik məsələlər: Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

“Tehsil365” xəbər verir ki, bu haqda DİM öz rəsmi hesabında mövzu ilə əlaqəli paylaşım dərc edib.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Göyçay və s.) vasitəsilə onlayn bağlantı ilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.

Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.

Kimya və fizika fənni üzrə seminarlarda I və IV ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları müzakirə edilib. Kimya fənnindən “Qeyri-üzvi kimya”, fizika fənnindən “Molekulyar fizika” və “Elektrodinamika”  bölmələrinə aid mövzular müzakirə edilib.

Coğrafiya fənni üzrə seminarda isə II və III (TC altqrupu) ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının “Hidrosfer”, “Quru suları”, “Biosfer”, “Dünyanın siyasi xəritəsi”, “Əhali” bölmələrinə aid mövzuların müzakirəsi aparılıb.

Riyaziyyat fənnindən seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının “Həqiqi ədədlər”, “Kompleks ədədlər”, “Nisbət, Tənasüb, Faiz”, “Rasional ifadələr” bölmələrinə baxılıb və müzakirələr aparılıb.

Seminarlarda Bakı şəhəri Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov, Bakı şəhəri 55 nömrəli tam orta məktəbinin biologiya müəllimi Vahid Balabəyov, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin fizika müəllimi Sadiq Həmidov, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimi Nizami Kərimli, Bakı şəhəri 333 nömrəli məktəbin coğrafiya müəllimi Vüsalə Quliyeva və başqa iştirakçılar proqramlar barədə qeyd və təkliflər bildiriblər.

Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: kimya fənni üzrə Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbinin müəllimi Kənan Hüseynli, fizika fənni üzrə Gəncə şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Aytən Orucova, Gəncə şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Qafarova, biologiya fənni üzrə Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Nailə Abbasova, Göyçay rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Səidə Salehova, tarix fənni üzrə Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəbin müəllimi İnci Tağızadə, Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin müəllimi Ramin Quliyev, coğrafiya fənni üzrə Goranboy rayonu Alpout kənd tam orta məktəbinin müəllimi Akif Bayramov müzakirələrdə aktiv iştirak ediblər və müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.

Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.


Əzizə Qayıtmazova

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03