Təhsil 365 - Logo Mobile

QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır

2623.10.2026 - 17:19
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır

“Xankəndidə keçirilən "SOCGOV 2026" beynəlxalq forumu sosial xidmətlərin inkişafında yeni texnoloji yanaşmaların, innovativ idarəetmə modellərinin və beynəlxalq əməkdaşlığın təşviqi baxımından mühüm təşəbbüsdür. Forumun əsas əhəmiyyəti yalnız rəqəmsal yeniliklərin təqdim edilməsində deyil, həm də sosial xidmətlərin gələcəyinə dair ideyaların birgə müzakirəsi və praktik həllərin axtarışındadır”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə oktyabrın 23-də Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumunu şərh edərkən bildirib.

QHT sədri qeyd edib ki, forumun məhz Xankəndidə təşkil olunması ayrıca əhəmiyyət daşıyır: “Son dövrlərdə Xankəndinin müxtəlif yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şəhərin yeni inkişaf mərhələsinin mühüm göstəricilərindəndir. Sosial idarəetmə, süni intellekt və rəqəmsal transformasiya kimi qlobal əhəmiyyətli mövzuların burada müzakirə olunması Xankəndinin beynəlxalq əməkdaşlıq və innovativ ideyalar üçün mühüm məkana çevrilməsinə xidmət edir.

"SOCGOV 2026"nın keçirilməsi ölkəmizdə rəqəmsal inkişaf sahəsində aparılan sistemli islahatlarla da səsləşir. "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni İntellekt Strategiyası"nın qəbul edilməsi, Prezident İlham Əliyevin 2026-cı ilin fevralında imzaladığı sənədlər əsasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi bu sahədə yeni prioritetləri müəyyənləşdirir. Belə bir dövrdə "SOCGOV"un keçirilməsi forumun aktuallığını və burada aparılan müzakirələrin nəticəyönümlü əhəmiyyətini daha da artırır”.

QHT sədri forumun təşkilati formatını da müsbət qiymətləndirib: “SOCGOV 2026"nın fərqləndirici cəhətlərindən biri ənənəvi tədbir formatından kənara çıxmasıdır. Dövlət və özəl sektor nümayəndələrinin debatları, iştirakçıların tematik qruplarda birgə işləməsi, yeni ideyaların müzakirəsi və konkret təkliflərin hazırlanması forumun praktik nəticələrə istiqamətləndiyini göstərir.

Xüsusilə yeni ideyaların kollektiv şəkildə işlənməsi, müxtəlif sahələri təmsil edən mütəxəssislərin birgə həll axtarışına qoşulması beynəlxalq beyin fırtınası formatının uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Bu yanaşma gələcək forumların təşkilində də faydalı model ola bilər.

Eyni zamanda, iştirakçılar üçün şəbəkələşmə imkanlarının yaradılması mühüm üstünlükdür. Belə platformalarda rəsmi müzakirələr qədər qeyri-formal peşəkar əlaqələrin qurulması, yeni tərəfdaşlıqların formalaşması və fərqli ölkələrin təcrübələrinin öyrənilməsi də böyük əhəmiyyət daşıyır”.

Cəsarət Hüseynzadə forumun beynəlxalq nüfuzunun artmasını və mükafatlandırma mexanizmini də diqqətəlayiq hesab edib: “SOCGOV-un cəmi ikinci dəfə keçirilməsinə baxmayaraq, artıq Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) kimi nüfuzlu qurumların rəsmi təqvimində yer alması müsbət göstəricidir. Dünyanın 12 ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı forumun beynəlxalq əhatəsinin genişləndiyini nümayiş etdirir.

Forum çərçivəsində yerli və beynəlxalq nominasiyalar üzrə qabaqcıl təcrübələrin mükafatlandırılması da xüsusi təqdirəlayiqdir. Bu təşəbbüs innovativ həllərin tanıdılmasına, uğurlu modellərin təşviqinə və sosial xidmətlər sahəsində sağlam rəqabət mühitinin formalaşmasına əlavə stimul verir".

 

Xədicə Hüseyn

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03