Təhsil 365 - Logo Mobile

Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır

5923.10.2026 - 17:40
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır

Bakıya ilk dəfə səfər edirəm. Şəhərlə bağlı təəssüratlarım olduqca müsbətdir. Məni ən çox təsirləndirən insanların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi oldu.

“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən tanınmış britaniyalı yazıçı Darren Simpson söyləyib.

Yazıçı qeyd edib ki, XII Bakı Beynəlxalq Kitab Sərgisində ədəbiyyata, kitablara və mütaliəyə göstərilən böyük maraq da onda xoş təəssürat yaradıb.

“Bu qədər insanın ədəbiyyata sevgi və həvəslə yanaşdığını görmək həqiqətən ruhlandırıcıdır. Bakıda hələ ilk günüm olsa da, indiyədək qazandığım təəssüratlar olduqca xoşdur”, – deyə o əlavə edib.

Azərbaycanlı oxucularla görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan D.Simpson bildirib ki, sərgi çərçivəsində artıq bir neçə oxucu ilə ünsiyyət qurmaq imkanı əldə edib.

“Yazıçılığa maraq göstərən, yaradıcılıqla məşğul olan gənclərin olması məni xüsusilə sevindirir. Oxucuların ədəbiyyata həvəsi, verdikləri düşündürücü suallar və əsərlər haqqında dərin mülahizələri olduqca təsirlidir. Əvvəllər də Azərbaycandakı mütaliə qrupları ilə onlayn şəkildə ünsiyyətdə olmuşam. İndi isə həmin oxucularla şəxsən görüşmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə yazıçı qeyd edib.

Kitab sərgilərinin xüsusilə uşaqlarda mütaliəyə marağın formalaşdırılmasında mühüm rol oynadığını bildirən D.Simpson belə tədbirlərin gənc nəslin ədəbiyyata münasibətinə müsbət təsir göstərdiyini vurğulayıb.

“Uşaqları kitabların, yazıçıların və ədəbiyyata böyük həvəs göstərən insanların əhatə etdiyi mühitə gətirmək onlarda mütaliəyə maraq oyatmaq baxımından olduqca əhəmiyyətlidir. Belə sərgilər uşaqlara yeni müəlliflər və əsərlər kəşf etmək, kitabların maraqlı dünyası ilə yaxından tanış olmaq imkanı yaradır. Bəzən əvvəllər mütaliəyə maraq göstərməyən uşaqlar belə tədbirlər sayəsində kitab oxumağı sevdiklərini kəşf edə bilərlər. Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqində, gənc nəslin ədəbiyyata marağının artırılmasında, eləcə də müxtəlif ölkələrin yazıçıları və oxucuları arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır”, – deyə Darren Simpson fikirlərini yekunlaşdırıb.


Ayətil Quliyeva

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03