Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi məlumatlarının, yol şəbəkəsinin və su obyektlərinin vahid kataloqda toplanması istiqamətində işlər aparılır. Kataloqun ilin sonunadək hazırlanması nəzərdə tutulur.
“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, institutda, həmçinin Xəzər dənizində suyun buxarlanması ölçülür, Bakı-Türkmənbaşı marşrutu üzrə günəş və külək enerjisi potensialı hesablanır. İqlim dəyişiklikləri fonunda, xüsusilə Kiçik Qafqaz regionunda çayların su balansı müasir metodlarla araşdırılır.

