XII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA üçün ayrılmış xüsusi zonada Əlyazmalar İnstitutunun 40-a yaxın 2025-2026-cı il nəşrləri sərgilənir.
“Tehsil365” xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrlər sırasında monoqrafiya, klassiklərin elmi-tənqidi mətnləri, çapa hazırlanmış əsərləri, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən elmi məqalələr, toplular, dördcildlik nəşrlər, biblioqrafik göstərici və kataloqlar yer alıb.
Sərgidə, həmçinin Əlyazmaların gigiyena və bərpası laboratoriyasının qədim əlyazmaların və nadir nəşrlərin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər də nümayiş etdirilir.

